İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü müsəlman dünyasına xoş bir çağırışdır
Tarix: 27.02.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi bütün müsəlman dünyasına xoş bir çağırışdır.
Bu fikri AZƏRTAC-a müsahibəsində İranın BMT yanındakı keçmiş daimi nümayəndəsi və İsveçrədəki sabiq səfiri Mücdəhid Şəbüstəri bildirib.
M.Şəbüstəri deyib ki, Azərbaycan Prezidenti bu çağırışla İslam ölkələrinin əlaqələrinin möhkəmləndirilməsini istəyir. Bu gün dünyada müsəlmanların birliyə və həmrəyliyə böyük ehtiyacı var. Buna görə də bu, çox təqdirəlayiq təşəbbüsdür.
Sabiq səfir qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də təsadüfi deyil. İdman həmrəylik üçün ən yaxşı vasitədir. Bu yarışda İslam ölkələrindən minlərlə idmançı iştirak edəcək. Onların rəqabəti yalnız idman meydanında olacaq. Bütün dünya isə dostluğun və qardaşlığın şahidi olacaq.
M.Şəbüstəri vurğulayıb ki, Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edə bilməsini dəfələrlə sübuta yetirib. İslam Həmrəyliyi Oyunlarının da uğurla keçiriləcəyinə heç bir şübhə yoxdur.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info