H.Əliyev adına neft emalı zavodunda “sıfır zərər” fəlsəfəsi tətbiq edilir
Tarix: 27.02.2017 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidən qurulması üzrə ilkin detallı layihələndirmə işləri yekunlaşmaq üzrədir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində “sıfır zərər” (Zero Harm) günü qeyd olunub. Layihənin idarə edilməsi üzrə podratçı şirkəti “SOCAR-KBR”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri, zavod rəhbərliyi və yenidənqurma layihəsinə cəlb edilmiş mütəxəssislər iştirak ediblər.
Bildirilib ki, zavodun yenidən qurulması işlərini vahid mərkəzdən idarə etmək üçün SOCAR, Heydər Əliyev adına NEZ, “SOCAR-KBR” və KBR mütəxəssislərindən ibarət yaradılmış İnteqrasiya olunmuş İdarəetmə Komandası (Birgə Layihə Qrupu) tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Tətbiq edilən “sıfır zərər” fəlsəfəsinin əsas məqsədi məhz təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasıdır. Birgə Layihə Qrupunun fəaliyyətə başladığı gündən indiyədək ümumilikdə 450 min adam/saat sərf edilib, bu müddət ərzində istehsalatın təhlükəsizliyi şəraitinə tam əməl olunub.
SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov “sıfır zərər” fəlsəfəsinin ilk gündən dəstəkləndiyini vurğulayıb, kollektivə uğurlar arzulayıb. Qeyd olunub ki, yenidənqurma layihəsi çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə NEZ-də Yeni Bitum Qurğusunun təməli atılıb, Bitum qurğusu üzrə detallı layihələndirmə, Satınalma və Tikintiyə Nəzarət müqaviləsi imzalanıb və işlərə start verilib. “Amec-Foster Viler”/”SOCAR-Foster Viler” (AFV/SFV) şirkətləri ilə NEZ-in yenidən qurulması üzrə ilkin detallı layihələndirmə (FEED) işləri yekunlaşmaq üzrədir. “UOP”, “Axens”, “Poerner”, “Air Liquide”, “KT-Kinetics Technology” şirkətləri ilə Layihələndirmə, Lisenziya və Zəmanət müqavilələri imzalanıb və müvafiq layihələndirmə işləri yekunlaşıb. Zavodun yeni baş planı hazırlanaraq razılaşdırılıb. Eyni zamanda, 2016-cı ilin avqust ayında zavodda mühüm təftiş, təmir və digər hazırlıq işləri həyata keçirilib.
Tədbirin sonunda “sıfır zərər” fəlsəfəsinin tətbiqində fəallıq göstərmiş mütəxəssislər mükafatlandırılıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info