Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan 37-ci yerdə qərarlaşıb
Tarix: 27.02.2017 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış “2016-2020 –ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində üç günlük seminar öz işinə başlayıb.
Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış “2016- 2020 –ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün nəzərdə tutulan üçgünlük seminar öz işinə başlayıb. Bununla əlaqədar keçirilən açılış tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər vəzifəli şəxsləri və nümayəndələri, Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin sentyabr ayında qəbul olunan “2016-2020- ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetlərinə uyğun hədəflərə hesablandığını vurğulayıb. Qeyd edib ki, hazırda əmək bazarının dövlət tənzimlənməsinin innovativ yanaşmalar əsasında müasir modelinin qurulması aktual məsələlərdən biridir. Həmin Ölkə Proqramı və BƏT-lə əməkdaşlıq çərçivəsində təşkil olunan təlim kursları da bu mövzuda təcrübə və fikir mübadiləsinin aparılması üçün yeni imkanlar açır.
Nazir bildirib ki, Dünya İqtisadi Forumunun 2016-cı il üçün Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan mövqeyini daha da yaxşılaşdıraraq 37-ci yerdə (MDB ölkələri sırasında 1-ci yerdə) qərarlaşıb. Bu indeksin formalaşmasında mühüm rol oynayan əmək bazarının səmərəliliyinə görə Azərbaycan 26-cı və makroiqtisadi mühitə görə 39-cu yerdə olub: “Dünyada iqtisadi və maliyyə böhranının dərinləşməsinə və bunun iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirlərə baxmayaraq, 2016-cı ildə ölkəmizdə qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub və ölkə qarşısında duran bütün əsas vəzifələr icra olunub”. S.Müslümov diqqətə çatdırıb ki, Prezidentin müvafiq Fərmanları ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosial yönümlü dövlət proqramlarında yüksək keyfiyyətli kadr potensialının formalaşdırılması, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional infrastrukturun təkmilləşdirilməsi, kadr hazırlığı sisteminin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması və s. mühüm hədəflər kimi müəyyən olunub. “Əmək bazarı bazar iqtisadiyyatının ən mürəkkəb elemetlərindən biridir. Burada əməyin qiymətinin və əmək şəraitinin müəyyənləşdirilməsi prosesində işçinin və işəgötürənin maraqlarının uzlaşması ilə yanaşı, demək olar ki, cəmiyyətdə baş verən bütün sosial-iqtisadi dəyişikliklər əks olunur”, deyə qeyd edən nazir əmək bazarının düzgün və məqsədyönlü tənzimlənməsinin ümumən sosial-iqtisadi inkişaf üçün vacib məsələlərin həllində xüsusi önəmini diqqətə çatdırıb. O bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti əmək bazarının tənzimlənməsi institutları sırasında xüsusi yer tutur: “İşsiz və işaxtaran vətəndaşların, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndiriməsi, onların əmək bazarına daha tez inteqrasiya olunması məqsədilə Dövlət Məşğulluq Xidmətinin maddi-texniki bazası və institusional strukturu daim təkmiləşdirilir. Belə ki, Dövlət Məşğulluq Xidməti orqanlarının strukturunun optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə işçilərinin sayı 2 dəfədən çox artırılaraq 908 nəfərə çatdırılıb”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məşğulluq orqanlarının fəaliyyətinin, əmək bazarının tənzimlənməsi sahəsində iş mexanizmlərinin mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. H.Rəcəbli yeni başlanan bu təlim kurslarını qeyd olunan istiqamətdə əhəmiyyətli addımlardan biri kimi dəyərləndirib.
AHİK-in sədri Səttar Mehbalıyev “2016-2020- ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın məşğulluq orqanlarının potensialının gücləndirilməsində də dəstək rolu oynadığını qeyd edib. S.Mehbalıyev Proqramın əmək resurslarının səmərəli məşğulluğuna yönələn iş metodlarının təkmilləşdirilməsi, əmək bazarı proqramları üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində geniş imkanlar açdığını diqqətə çatdırıb. O, yeni başlanan bu təlim kurslarının BƏT-lə əməkdaşlıq müstəvisində məşğulluq orqanlarının potensialının artırılması baxımından müsbət nəticələrinin olacağına əminliyini bildirib.
ASK-nın prezidenti Məmməd Musayev əmək bazarı və məşğulluq sahəsində aparılan siyasətin icrasında işəgötürənlərin fəal iştirak etdiyini vurğulayıb. M.Musayev aktiv məşğulluq tədbirlərinin məqsədyönlü təşkilində məşğulluq orqanları ilə işəgötürənlərin səmərəli əməkdaşlığının, sosial dialoqun xüsusi önəmini, yeni başlanan təlim kurslarının bu sahədə də fəaliyyətin gücləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.
BƏT-in eksperti Mixail Puşkin təlim kurslarında nəzərdə tutulan mövzuların hər birinin məşğulluq orqanlarının fəaliyyətində vacib komponentlər olduğunu, iştirakçıların həmin mövzular üzrə dünya təcrübəsində mövcud olan yanaşma və praktikalar barədə də biliklərinin artırılacağını vurğulayıb.
Təlim kurslarının BƏT-in ekspertləri Yuri Qerçiy, Mikael Mvasikakata, Yens Sibbersen, Yulya Surinanın iştirakı ilə üç gün davam edəcək ilk mərhələsi “Məşğulluq Xidməti, əmək bazarında siyasət və məşğulluq sahəsində əhatəli siyasət proqramları”, “Gənclərə və həssas gruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlər”, “Peşə yönümü: konsepsiyalar və alətlər”, “Əmək bazarında informasiya sistemi, “Yeni iş yerlərinin yaradılması”, “Danimarka Məşğulluq Xidməti timsalında ictimai vəziyyətin təhlili”, “Dövlət Məşğulluq Xidmətinin işində sosial dialoqun rolu” və s. mövzuları əhatə edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info