50-yə yaxın qadın liderlik kurslarında iştirak etdi
Tarix: 12.04.2013 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə birgə həyata keçirdiyi “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin və biliklərinin artırılmasında dini icmaların rolu” mövzusunda layihəyə start verilib. Beş ay davam edəcək layihə Bakı şəhərini, Lənkəran, Quba, Zaqatala və Şamaxı rayonlarını əhatə edəcək.
ABİA-nın icraçı direktoru, layihənin rəhbəri Sevinc İsgəndərova bildirib ki, ilk olaraq layihə çərçivəsində bu gün Şamaxı rayonunda 50-yə yaxın ictimai sektorda çalışan, dini icmaların nümayəndələri olan qadın və qızların eləcə də evdar xanımların iştirakı ilə təlim keçirilib. Təlimdə qadınların ictimai sektorda iştirakının vacibliyi qeyd etməklə yanaşı, onların hüquqlarının qorunması, xüsusilə, həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması ilə bağlı müzakirələr keçirilib. Təlim iştirakaçıları qadınların söz azadlığının olmamasına, qızların erkən yaşında məcburən ailə qurmasına və hüquqlarını bilmədən məişət zorakılığna məruz qalmasını bu regionlarda hələ də problem olaraq qaldığını qeyd etdilər. Bununla bağlı Aktiv Qadınların Əməkdaşlıq Şəbəkəsinin yaranmasına dəstək olaraq bu şəbəkənin regionda fəaliyyət göstərməsinin vacib olduğunu bildirərək şəbəkənin bu növ təlimlərin sıx-sıx keçirilməsinə və qadınların ictimai fəaliyyətə cəlb edilməsində boyük rol oynayacağını vurğulayıblar.
Layihədə eləcə də Ağsu, Göyçay, İsmayıllı və Ağdaş rayonundan olan xanımlar da iştirak edib.


İLKIN




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info