Su təchizatı sisteminin tikintisinə dair qrant müqavilələri imzalanıb
Tarix: 27.02.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Fevralın 27-də Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Ağsu rayonunun Gəşəd kəndində su təchizatı sisteminin tikintisi”, “Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sistemini tikintisi” və “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sistemini tikintisi” layihəsi üzrə qrant müqavilələrinin imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, adları qeyd olunan layihələr üzrə qrant müqaviləsini Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi və “Ağsu rayonunun Gəşəd kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üçün “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” təşkilatının icraçı direktoru Sahib Məmmədov, “Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sistemini tikintisi” layihəsi üçün “Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi” təşkilatın icraçı direktoru Elçin Salmanov, “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sistemini tikintisi” layihəsi üçün isə “Qlobal-Humanitar Təşkilatı” İctimai Birliyin direktoru İlham Tahirli imzalayıb.
Layihələrin əsas məqsədi üç rayonda su təchizatı sisteminin tikilməsi ilə yeri sakinlərin su ehtiyacını ödəməkdir. Ağsu rayonunda olan layihənin ümumi məbləği 82,747 ABŞ dolları, Şamaxıda olan layihənin ümumi məbləği 82,930 ABŞ dolları, Lənkəranda olan layihənin ümumi məbləği isə 83,213 ABŞ dolları təşkil edir.
Bu vaxta qədər qeyd olunmuş layihələr də daxil olmaqla Ağsu rayonunda 2 layihə, Şamaxı rayonunda 4 layihə və Lənkəran rayonunda 5 layihə üzrə qrant müqavilələri imzalanıb.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması üzrə layihələri dəstəkləyir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə birlikdə bu vaxta qədər imzalanmış müqavilələrin sayı 216, ümumi dəyəri isə 18,452,315 ABŞ dolları təşkil edir.
Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edir. Yardımın ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info