Qafqaz Universiteti Dağıstan Dövlət Pedaqoji Universiteti ilə memorandum imzaladı
Tarix: 12.04.2013 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Aprelin 12-də Qafqaz Universitetində memorandum imzalandı. FDBTM APT Dağıstan Dövlət Pedaqoji Universitetində Mühəndislik-pedaqoji institutunun direktoru prof. Xaybulayev Maqomed və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfər ediblər. Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və memorandum imzalamaqdır. İlk olaraq memorandum Qafqaz Universiteti arasında imzalanıb. Qafqaz Universitetinin Tempus otağında keçirilən görüşdə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanla Dağıstan arasında olan dostluqdan bəhs edib və bildirib ki, imzalanan əməkdaşlıq memorandumu Azərbaycan və Dağıstan təhsilinə öz töhfəsini verəcək. Daha sonra rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapıb. Tədbirin sonunda rektor prof.Ahmet Saniç tərəfindən qonağa xatirə plaketi təqdim edildi . Dağıstan Universitetinin rektoru isə Qafqaz Universitetinin rektoruna Dağıstanın milli atributlarından olan qılınc hədiyyə etdi.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info