Avropa ictimaiyyətinə Qarabağ həqiqətləri təbliğ olunacaq
Tarix: 27.02.2017 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Niderland Krallığında fəaliyyət göstərən Avropa Azərbaycan Dostları Mərkəzi (AADM) tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu haqda AADM-ın sədri Leyla Babayeva məlumat verib. Tədbirlər planı AADM-ın 2016-cı ilin dekabr ayında keçirilmiş illik toplantısında təsdiq edilib. Mərkəzin əsas məqsədi 2017-ci ilin Niderlandda “Xocalı ili” kimi qəbul edilməsinə nail olmaq idi.
AADM-ın irəli sürdüyü bu təklif Azərbaycanın Mədəniyyət Nazirliyi ilə müzakirə edilib və Niderland parlamentinə, bu ölkədə fəaliyyət göstərən insan haqları təşkilatlarına, Niderlandın “De Volkskrant”, “De Telegraaf”, “Elsevier”, “AD Den Haag”, “Het Nederlandse Dagblad” kimi nüfuzlu mətbuat orqanlarına bu barədə rəsmi məlumatlar göndərilib.
Anım tədbirləri DUFOA təşkilatı ilə birgə hazırlanaraq, “Yolumuz Qarabağa” adlı layihə çərçivəsində keçiriləcək. Bu layihə çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbirlərin il ərzində Niderlanddakı kollec və məktəblərdə, eləcə də müxtəlif gənclər təşkilatlarının konfranslarında keçirilməsi planlaşdırılıb. Nəzərdə tutulan tədbirlər mədəniyyət, incəsənət və musiqi formatında keçiriləcək. Bu məqsədlə AADM tərəfindən bir neçə layihənin – “Xarı bülbül” və “Hərbsiz dünya” adlı ədəbi-bədii gecələrin, “Əlvan çiçəklər” adlı silsilə kukla teatrlarının, eləcə də “Multikulturalizm və müxtəliflik” adı altında gənclər arasında debatların keçirilməsi nəzərdə tutulub.
AADM rəhbərliyi həmin layihələrin icrası ilə bağlı Avropa ölkələrindəki cari ictimai-psixoloji vəziyyətdən məqsədyönlü şəkildə istifadə etməyə çalışır. Belə ki, hazırda Avropa əhalisi istənilən müharibə, münaqişə, etnik və dini diskriminasiya hallarına qarşı ciddi etiraz bildirir. Avropa cəmiyyəti başa düşür ki, buradakı təhlükəsizliyi təmin etmək üçün dünyanın müxtəlif yerlərdə baş vermiş haqsızlıqlara göz yummaq olmaz.
“Yolumuz Qarabağa” layihəsinin icrası zamanı məhz bu kimi amillərdən istifadə olunacaq. Ümumilikdə, həmin layihələr çərçivəsində əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması, xüsusilə də holland xalqının ictimai-mədəni tarixində gələcək nəsillər üçün arxivləşdirilməsidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info