Ermənilərin Xocalı tədbirini pozmaq cəhdləri uğursuz olub
Tarix: 27.02.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Fevralın 26-da erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Église Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsullarla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər.
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün cəhdlər göstərib, nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar.
 
Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamazdan öncə eşidilsə də, gözəl musiqi və iştirakçıların gurultulu alqışları bu səsləri asanlıqla boğub.
 
300 qonağın iştirak etdiyi konsert iştirakçıları arasında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri  Elçin Əmirbəyov, Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov və Azərbaycan Dostları Assosiasiyasının prezidenti, millət vəkili Jan-Fransua Mansel də olub.
 
Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkar Enrike Qranadosun “Orientale” adı əzəmətli və ecazkar əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.
 
Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” simfonik poemasının ifası ilə başa çatıb.
 
Əsər skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini tərənnüm etməklə güclü təsir yaradır.
 
P.Tilloyun bəstəsini azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Quatuor Chagall” kvarteti ifa edib.
 
Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib ki, musiqi susmaq mümkün olmayanda bildirə bilmədiklərini ifadə edir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalinin şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olub.
 
Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır.
 
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğalçı siyasətini pisləyən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğal altında saxlamaqda davam edir. Bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Bugünkü musiqili anım gecəsi Xocalı qurbanlarının xatirəsinə və yalnız bir arzusu – evlərinə qayıtmaq istəyi olan azərbaycanlılara həsr olunub”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Çində gecə klubunun çökməsi nəticəsində 2 nəfər ölüb, 77 nəfər yaralanıb
19.05.2019
Avstraliyada ümumi federal seçkilərdə sağ koalisiya qalib gəlib
19.05.2019
Zelenskinin andiçmə mərasimində 60 ölkənin rəsmiləri iştirak edəcək
18.05.2019
ABŞ Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib
18.05.2019
Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info