Auditorlar Palatası və Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu Memorandum imzalayıblar
Tarix: 27.02.2017 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Fevralın 27-də “Azərbaycan və Bolqarıstan Audit Forumu” çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası və Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov ölkə Prezidentinin Auditorlar Palatasına audit sahəsində mütərəqqi xarici təcrübənin öyrənilməsini və respublikada tətbiqini tövsiyə etdiyini qeyd edib.
Palata sədri vurğulayıb ki, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası 40–a yaxın ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurub. Bu siyahıya bugündən Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu da daxil olub.
Vahid Novruzov bildirib ki, yeni tərəfdaşımız -Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. İnstitutun Bolqarıstanda audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər, bütövlükdə auditin tənzimlənməsi, keyfiyyətə nəzarət problemlərinə göstərdikləri diqqət bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.
Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun prezidenti Boyko Kostov auditin Avropa İttifaqı ölkələri arasında vacib sahələrdən biri olduğunu söyləyib. Bu gün audit sahəsi üzrə Avropada geniş islahatlar aparılıb və bu sahə demək olar ki, yenidən tənzimlənib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda hazırda mühasibat sahəsinin inkişafı üzrə ayrıca istiqamət formalaşıb.
Boyko Kostov əminliklə vurğulayıb ki, Azərbaycan Respublikası Auditorlar Palatası ilə Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlıq gələcəkdə bir ənənəyə çevriləcək.
Tədbirdə Azərbaycan və Bolqarıstan auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları və maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılıb.
Eyni zamanda, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova, Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun idarə heyətinin üzvləri, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, Auditorlar Palatasının əməkdaşları iştirak ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info