İki ildə görülən işlər müzakirə olunub və qurumun rəhbərliyi seçilib
Tarix: 27.02.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Fevralın 25-də “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi Ümumi Yığıncağını keçirib. Yığıncağı qurumun ən yaşlı üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, 84 yaşlı Ədilə Çernikbulənd açıb. Sonra Xocalı soyqırımı qurbanlarının, o cümlədən fədai Ağayar İmaninin, onun həmin döyüşdə şəhid olan oğlu Malikin, həmçinin iki yığıncaq arasında dünyalarını dəyişmiş bütün mühacirlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Hesabat-seçki xarakterli toplantının sədarəti, işçi qurupu, gündəliyi təsdiqləndikdən sonra qonaqlar adından söz Milli Qeyri –Hökumət Təşkilatları Forumunun vitse- prezidenti Nüşabə Məmmədovaya verilib. O, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin iki gün əvvəl təmsilçisi olduğu nüfuzlu qurumun üzvlüyünə qəbul edildiyini deyib. Bu münasibətlə cəmiyyətin bütün üzvlərinə təbriklərini yetirərək yığıncağın işinə uğurlar arzulayıb. Yeni seçiləcək rəhbərliyin fəaliyyətində əməkdaşlıq amilini diqqətdə saxlayacağını bildirib.
İclasda təşkilatın iki Ümumi Yığıncaq arasında gördüyü işlərə dair “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Rəhim Hüseynzadənin məruzəsi dinlənərək müzakirə olunub. 2016-2017-ci illəri əhatə edən həmin sənəddə bu müddətdə təşkilati, təbliğati, sosial, iqtisadi və sair sahələrdə reallaşdırılan tədbirlərdən söhbət açılıb, həllini gözləyən problemlərə diqqət yetirilib.
Məruzə ətrafında 8 nəfər çıxış edib. Onlar hesabat dövründəki fəaliyyəti məqbul qiymətləndirməklə yanaşı həllini gözləyən vəzifələrə də diqqəti çəkiblər.
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi seçilərkən belə ümumi razılığa gəlinib ki, təşkilatın işində xüsusilə son aylarda yaranan ciddi fəallıq 70 yaşlı cəmiyyətin bir sıra gözəl ənənələrinin dirçəldilməsinə inamları artırır. Buna görə də rəhbər orqanlarının tərkibinin genişləndirilməsi, sədrin birinci müavini vəzifəsinin təsbiti məntiqi hesab edilib.
Ümumi Yığnncaq yekdilliklə Rəhim Hüseynzadəni yenidən sədr, Firudin İbrahimini sədrin birinci müavini, Həsən Babaini, Pərviz Kazımini, İsmayıl Abdullahini və Murtuza Müqəddəmini sədrin müavinləri seçib. Yığıncaqda İdarə Heyətinin də yeni üzvləri seçilib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info