“Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasında Bakının böyük rolu oldu”
Tarix: 27.02.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasında rəsmi Bakının böyük rolu olub”. APA-nın məlumatına görə, bunu Rusiya paytaxtındakı Jurnalistlər Evində keçirilən “Rusiya-Türkiyə münasibətləri: gərginlik dövründən əməkdaşlığın möhkəmləndirilməsinə qədər” adlı konfransda çıxış edən Türkiyə prezidentinin müşaviri İlnur Çevik deyib. Çevik bildirib ki, Azərbaycan Rusiya və Türkiyənin təbii dostu kimi sülhyaradıcı missiyanı öz üzərinə götürərək tərəflərin barışması prosesinə çox qiymətli yardım göstərib: “Biz buna görə azərbaycanlılara çox minnətdarıq. Azərbaycan hakimiyyətinin sülhməramlı səylərinin məntiqi davamı kimi ABŞ və Rusiya Silahlı Qüvvələri baş qərargah rəislərinin görüşü oldu. Beləliklə, Bakı münaqişəli və çətin danışıqların keçirilməsi üçün beynəlxalq əhəmiyyətli meydançaya çevrildi”. Çevik çıxışında Suriya münaqişəsinin nizamlanmasına da toxunub. O, Türkiyənin Suriyada öz milli maraqlarını qorumaq məcburiyyətində olduğunu vurğulayıb: “Suriyanın şimalında çoxlu türklər və türkdilli əhali yaşayır. Onları terrorçulardan qorumaq üçün biz “Fərat qalxanı” əməliyyatını keçiririk. Bu hərbi əməliyyat bizim bu münaqişəyə qoşulan digər dövlətlərlə münasibətlərimizi korlamayıb. Ona görə ki, bizim ümumi məqsədimiz var. Bu, “İŞİD”in və digər terrorçuların məhv edilməsidir”. Türkiyə prezidentinin müşaviri bildirib ki, Suriyanın Menbiç şəhəri təmizləndikdən sonra türk ordusunun Suriyada əməliyyatı başa çatacaq: “Menbiç ərazisinin 85 faizi PKK-nın nəzarətindədir. Türkiyə ərəb əhalisini öz yerlərinə qaytarmaq və oranı terrorçulardan təmizləmək üçün hər şeyi edəcək. Menbiç alınan kimi, Türkiyə Suriyadakı hərbi əməliyyatlarını dayandıracaq”. Çevik Türkiyə ordusunun Suriyanın 90 kilometr dərinliyinə qədər hərəkət etdiyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“
20.09.2019
İİTKM-in departament rəhbəri Nicat Hacızadə: Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir
20.09.2019
“Aramco“ zavodlarına hücum dünyaya edilən bir hücumdur“
20.09.2019
“Əsrin müqaviləsi“ müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info