ABŞ-da İsveçlə bağlı daha bir qalmaqal
Tarix: 28.02.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Fox News” kanalının efirində İsveç hökumətinin rəsmisi kimi təqdim edilən şəxsin heç bir vəzifə daşımadığı bəlli olub

İsveçin qərbində Höteborqdan şimala doğru 100 kilometr məsafədə yerləşən Venersborq şəhərindəki qaçqın sığınacağında baş verən yanğın nəticəsində 15 adam zərər çəkib. Bu barədə məlumat yayan yerli KİV-lər, həmçinin bildirirlər ki, hadisə nəticəsində dəm qazından zəhərlənmiş on nəfərdən çox adam, habelə alovdan xilas olmaq üçün pəncərədən tullanaraq yaralanmış iki nəfər xəstəxanaya yerləşdirilib. KİV-lərə müsahibə verən polis nümayəndələri qeyd ediblər ki, yanğının səbəbi hələ ki məlum deyil. Lakin asayiş keşikçiləri yanğının qəsdən törədilməsi versiyasını daha çox nəzərdən keçirirlər.
Hadisədən çaşıb qalan sığınacaq sakinləri deyiblər: “Burada çox adam yaşayır, biz tez-tez gecəyarısına qədər söhbət edərdik və heç vaxt bu cür hadisə baş verməyib. Biz yerli əhali ilə gözəl münasibətdəyik və düşünürük ki, hələ ki nədənsə qorxmağına dəyməz”. Qeyd edək ki, görünməmiş dərəcədə qaçqın axını ilə əlaqədar olaraq İsveçdə sığınacaq üçün özəl və bələdiyyə tikililərindən istifadə edilməyə başlanılıb. Lakin bu sığınacaqlar yaxşıca planlaşdırılan yanğın törədilməsi obyektlərinə çevrilib. Ümumiyyətlə, son vaxtlar İsveçin adı miqrantlarla bağlı məsələdə tez-tez gündəmə gəlməyə başlayıb. ABŞ-ın yeni dövlət başçısı Donald Trampın İsveçlə bağlı məlum açıqlamasından sonra İsveç problemlərdən qurtula bilmir. Xatırladaq ki, ABŞ Prezidenti Floridada çıxışı zamanı “görün, Almaniyada nə baş verir, baxın, dünən axşam İsveçdə nə baş verib. İsveç! Kim buna inana bilərdi? İsveç xeyli sayda qaçqın və miqrant qəbul etdi və onlarda problemlər yarandı!” sözlərini deyib. İsveçin Vaşinqtondakı səfirliyi ABŞ Dövlət Departamentindən Prezident Donald Trampın öz nitqində miqrantlarla bağlı məsələlərə toxunarkən nəyi nəzərdə tutmasına aydınlıq gətirməyi xahiş etmişdi. Həmin vaxt Ağ Evin nümayəndəsi jurnalistlərə müsahibəsində qeyd etmişdi ki, Tramp konkret hadisəni deyil, İsveçdə miqrantlarla bağlı ümumi vəziyyəti, ola bilsin ki, cinayətlərin artmasını nəzərdə tutub. Maraqlıdır ki, məhz bundan sonra sakit İsveçdə miqrantlarla bağlı kütləvi etirazlar, polislə toqquşmalar yaşandı. İsveçlə bağlı problemlər səngimək bilmir. Belə ki, “Fox News” kanalının efirində İsveç hökumətinin milli və təhlükəsizlik məsələləri üzrə məsləhətçisindən müsahibə yayımlanıb. “The New York Times” yazır ki, proqram İsveçdə etnik cinayətlər və miqrantlara həsr olunub. İsveç hökumətinin “məsləhətçisi” Nils Bildt efirdə bildirib ki, Donald Tramp haqlıdır və son vaxtlar ölkəsində miqrantların iştirakı ilə baş verən cinayətlərin sayı artıb. Proqram efirə gedəndən dərhal sonra İsveçdə ciddi narazılıq yaranıb. Məsələ ondadır ki, İsveç hökuməti bəyanat yayaraq belə bir şəxsin hökumətdə çalışmadığını bildirib. İsveçin nə Müdafiə, nə Daxili, nə də Xarici İşlər nazirliyində Nils Bildt adlı şəxs çalışmır. Ümumiyyətlə, İsveç hökumətində müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsi mövcud deyil. “The New York Times” “məsləhətçi”nin kimliyini dəqiqləşdirə bilib. Məlum olub ki, onun əsl soyadı Tollinq olub və 2013-cü ildə özünə Bildt soyadını qəbul edib. Qəzet öyrənib ki, “hökumət məsləhətçisi” polisə hücum və ictimai yerdə alkoqollu içki qəbul etdiyinə görə ABŞ məhkəməsində mühakimə olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info