Macarıstan Avropa Birliyinin kvotasına riayət etməyəcək
Tarix: 28.02.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Peter Siyarto:
“Macarıstan bu gün də Rusiyanı NATO üzvləri üçün təhlükə hesab etmir. Baltikyanı ölkələr və Polşadan fərqli olaraq, bizim Rusiyaya münasibətimiz fərqlidir”

“Macarıstan dövlətinin qaçqın qəbulu üzrə mövqeyi sərt olaraq qalır. Belə ki, ölkə Avropa Birliyinin qaçqınlar üzrə kvotasına riayət etmək niyyətində deyil”. Bu açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto “RİA Novosti”yə bildirib.
Hazırda Avropa İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın problemi ilə üzləşib. Bu isə Yaxın Şərq və Şimali Afrikada baş verən silahlı münaqişələr və iqtisadi problemlərlə bağlıdır. Macar nazirin sözlərinə görə, ölkə hakimiyyəti əhaliyə dəstək prinsipinə ciddi riayət etmək niyyətindədir: “Biz ölkəmizdə qərarı özümüz veririk. Miqrasiya məsələsində biz sərt olmalıyıq. Hazırda sərhədləri qorumağa ehtiyac olduğunu Avropanın əksər ölkələrində bilirlər. Lakin əksər ölkələr bu mövzuda məhz son üç-dörd ildə danışmağa başladıqlarını etiraf etmək istəmirlər”. Qeyd edək ki, ötən ilin oktyabrında Macarıstanda Avropa Birliyinin qaçqınların bölüşdürülməsi siyasəti haqqında referendum keçirildi. Keçirilən referendumda ölkə əhalisinin 40 faizi iştirak etdiyindən seçki öz təsdiqini tapmamış kimi qəbul edildi. Referendumun öz təsdiqini tapması üçün seçicilərin ən azı 50 faizinin səsi tələb olunurdu. Lakin bütün bunlara baxmayaraq, Avropa Komissiyasının planına əsasən, növbəti iki il ərzində Macarıstan 2,3 min miqrant qəbul etməlidir. Bu da macar xalqının iradəsinə qarşıdır. Bəlkə də elə bunun nəticəsidir ki, ölkə əhalisi arasında Rusiyaya meyililik müşahidə edilməkdədir. Bildirmək yerinə düşər ki, Macarıstan dövləti bu gün də Rusiyanı NATO üzvləri üçün elə də təhlükə hesab etmir, əksinə, alyansa üzv dövlətlərin mövqeyinə hörmətlə yanaşır. “Təbii ki, Baltikyanı ölkələr və Polşadan fərqli olaraq, bizim Rusiyaya münasibətimiz fərqlidir. Biz, bu ölkələr kimi, Rusiyadan ölkəmiz üçün heç bir təhlükə gözləmirik, Macarıstan dövləti Rusiyanın qəbul etdiyi qərarları tənqid etmir, onların mövqeyinə hörmətlə yanaşır”, deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info