FAO: “Kənd təsərrüfatına daha çox investisiya qoyulmalıdır”
Tarix: 28.02.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Dünyada kənd təsərrüfatı məhsullarına tələbat 50 faiz artacaq

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən ərzaq və kənd təsərrüfatının gələcəyinin necə olacağı ilə bağlı hesabat açıqlanıb. Hesabatda insanların gələcəkdə qidalanması üçün getdikcə artan bərabərsizlik və iqlim dəyişikliyi ilə bağlı ciddi təhlükə altında olduğu xəbərdarlığı edilib. "Ərzaq və kənd təsərrüfatının gələcəyi: İstiqamətlər və problemlər" başlıqlı hesabatda göstərilir ki, son 30 ildə qlobal aclığın sona çatdırılması üçün çox ciddi və əhəmiyyətli məsafə qət edilməsinə baxmayaraq, ərzaq istehsalının genişləndirilməsi və iqtisadi böyümə ağır xərcləri də özü ilə gətirir.
Hesabatda qeyd edilir ki, yer üzünü örtən meşələrin, az qala yarısı gedib. Yeraltı qaynaq suları da sürətlə tükənir. Biomüxtəliflik də aşınıb”. 2050-ci ilə qədər dünya əhalisinin təxminən 10 milyarda çatması gözlənilir. Hesabata görə iqtisadi böyümənin məqbul səviyyədə reallaşdığı bir ssenaridə bu əhali artımı kənd təsərrüfatı istehsalına tələbi təxminən 50 faiz artıracaq. Çünki onsuz da təbii qaynaqlar üzərində təzyiqlər artmış vəziyyətdədir. Eyni zamanda insanların böyük bir hissəsi qlobal ərzaq-nizam keçidinin nəticəsi olaraq daha az taxıl istehlak edəcək və daha çox ət, meyvə, tərəvəz və hazır qida yeyəcəklər. Bu da daha çox meşənin yox edilməsi, torpaq aşınması və istixana qazı emisyasına yol açacaq. Dəyişən iqlim əlavə çətinliklər də doğuracaq. Hesabatda qeyd edilir ki, iqlim dəyişikliyi qida istehsalına hər mənada təsir edəcək.

Mövcud kənd təsərrüfatı və qida sistemi davamlıdırmı?
FAO-nun yayımladığı hesabatda əsas sual qarşıdakı illərdə kənd təsərrüfatı və qida sistemlərinin sürətlə artan dünya əhalisinin ehtiyaclarını davamlı şəkildə qarşılaya biləcəyi ilə bağlıdır. Bu problemin qısa cavabı “bəli”dir, planetin qida sistemləri kafi ərzağı istehsal etmək imkanına malikdir. Ancaq bütün insanların mənfəətini təmin etmək üçün “böyük çevrilişlər” lazımdır.
Hesabatda çox sayda insanın 2030-cu ilə çatdığında hələ aç olacağı xəbərdarlığı edib. 2030-cu il yeni Davamlı İnkişaf Hədəflərində xroniki ərzaq çatışmazlığı və yetərsiz qidalanmanın tamamilə qarşısının alınması hədəfi qoyulmuşdu. FAO hesabatında göstərilir ki, inkişaf, bərabərsizliyin azaldılması və müdafiəsiz insanları qoruma yolunda əlavə təşviq səyləri olmadan 2030-cu ildə 600 milyondan çox insan yenə də qeyri-kafi qidalanacaq. Hesabata görə, hətta indiki səylərin irəliləmə sürəti aclığı 2050-ci ildə belə, dayandırmağa yetməyəcək.

Qida haradan gələcək?
Hesabata görə, əkinçilikdə istifadə edilən torpaq və su qaynağını genişləndirmənin məhdud olduğu nəzərə alındıqda, artan qida tələbini qarşılamağın yolu istehsaldakı təkmilləşdirilmə və resurslardan səmərəli istifadədir. Ancaq, bəzi məhsullarla bağlı artımın artıq müsbət istiqamətdə dəyişmədiyinə dair narahatlıqlar var. Hesabata görə 1990-cı illərdən bu yana qarğıdalı, düyü və buğdada məhsuldarlıq qlobal səviyyədə illik 1 faiz ətrafında reallaşır. Hesabat bu problem və digər problemlərin öhdəsindən gəlmək üçün işlərin olduğu kimi getməsinin bir variant olmadığını irəli sürür. Hesabatda göstərilir ki, kənd təsərrüfatı sistemində təbii qaynaqlardan istifadə ilə ciddi islahatlar lazımdır. Bütün insanlar üçün etibarlı və sağlam bir gələcəyi təminat altına almaq üçün əkinçiliyin bütün potensialııdan istifadə edilməlidir.
Burada əsas problem kiçik əkinçilərin dolanışıq yollarını inkişaf etdirib qoruyarkən və müdafiəsiz insanların çoxunun ərzaq əldə etməsini zəmanət altına alarkən “daha az ilə daha çox istehsal etməkdir”. Hesabata görə, dünyanın torpağın, suyun və digər istehsal vasitələrinin daha məhsuldar istifadə edilməsi və neft-qaz yanacağından istifadəsini kəskin şəkildə aşağı salan, əkinçilikdə istixana qazı emissiyalarını şiddətli şəkildə kəsən, biomüxtəlifliyin böyük nisbətdə qorunduğu və israfın azaldığı daha davamlı qida sistemlərinə keçməyə ehtiyacı var. FAO-ya görə bu da kənd təsərrüfatı ərzaq sistemlərinə daha çox investisiya qoymağı tələb edir. İnnovasiyanı təşviq etmək, davamlı istehsalın artırılmasını dəstəkləmək, su qıtlığı və iqlim dəyişikliyi ilə daha yaxşı mübarizədə yollar tapmaq üçün araşdırma və inkişaf etdirməyə daha çox xərc də ehtiva edir.
Dayanıqlılıq və istehsalı sürətləndirmə ilə yanaşı, problem olan bir mövzu da var: aşağı və orta gəlirli ölkələrdə əkinçiləri şəhərdəki bazarlara bağlayacaq qida təklif zəncirləri yaratmaq. Bunu edərkən qiymətləndirmə siyasəti və sosial müdafiə proqramları kimi istehlakçıların məqbul qiymətlər və etibarlı ərzağı əldə etməsini təminat altına alan tədbirlər də lazımdır.

Dünya qida sisteminə təsir edən əsas problem və istiqamətlər

Hesabatda dünya qida sisteminə təsir edən 15 problem və 10 istiqamət öz əksini tapıb. Belə ki, problemlər sırasında "İsti bölgələr", şəhərləşmə və yaşlanmadakı artımla bağlı özünü göstərən sürətli dünya əhalisinin artımı yer alıb. Həmçinin iqtisadi böyümə, ailə gəlirləri, kənd təsərrüfatına investisiya və iqtisadi bərabərsizliklərdəki meyillər, təbii ehtiyatlar üçün artan böyük rəqabət, iqlim dəyişikliyi, kənd təsərrüfatında məhsuldarlığın sabit səviyyələrdə izlənməsi, artan qarşıdurmalar, böhranlar və təbii fəlakətlər, davamlı yoxsulluq, bərabərsizlik və qida etibarsızlığı, iqtisadi sistemlər və məşğulluqda struktur dəyişiklikləri, artan köç, əkinçilərin dolanışıq mənbələri üzərində təsirləri olan dəyişən qida sistemləri, davamlı qida itkiləri və israf, ərzaq və qidalanma təhlükəsizliyinə cavab verən yeni beynəlxalq idarəetmə mexanizmləri, transsərhəd xəstəliklər öz əksini tapıb. 10 istiqamətlərdən biri isə artan tələbatı ödəmək üçün məhsuldarlığın davamlı şəkildə inkişaf etdirilməsi ilə bağlıdır. Bundan başqa, davamlı təbii qaynaq infrastrukturunun təmin edilməsi, təbii fəlakətlərin şiddətlənməsi və iqlim dəyişikliyi, şiddətli yoxsulluğun başa çatdırılması və bərabərsizliyin aşağı salınması, aclığın və hər növ qeyri-kafi qidalanmanın dayandırılması, ərzaq sistemlərini daha təsirli, əhatəedici və dayanıqlı hala gətirmək, kənd sahələrində gəlir əldə etmə imkanlarını inkişaf etdirmək və köçün əsas səbəblərinə xitab etmək öz əksini tapıb. Eləcə də qarşıdurmalar, fəlakətlər və uzanıb gedən böhranlara qarşı dayanıqlılıq təsis etmək, transsərhəd və yeni ortaya çıxan kənd təsərrüfatı və qida sistemi təhlükələrini önləmək, uyğunluq və təsirli milli və beynəlxalq idarəetməyə ehtiyac olduğu qeyd edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info