“Erməni xalqı bu cinayətkar rejimin qurbanına və girovuna çevrilib”
Tarix: 28.02.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Fevralın 25-də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı keçirilib.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabların müəllifi, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, bu kitabların ərsəyə gəlməsi və bugünkü təqdimat Prezident İlham Əliyevin Xocalı soyqırımının 25-ci ildönümü haqqında imzaladığı sərəncama müvafiq olaraq həyata keçirilir:
“Bilirsiniz ki, bu sərəncam çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” imzalayıb. Bu tədbirlər planında da Xocalı soyqırımının öyrənilməsi, təbliğatı, bizim beynəlxalq aləmə çatdırmaq istədiyimiz hədəflər və digər məsələlər müəyyən olunub”.
Ə.Həsənov qeyd edib ki, hər iki kitabın mətni yığcam şəkildə 30 səhifədən, yəni məqalələrdən ibarətdir:
“Əvvəlki illərdə bu kitabların məzmununu ayrı-ayrı ölkələrin jurnallarında, qəzetlərində, bu və ya digər formada nəşr etdirmişəm. Amma bunların kitab halına salınması, 8 dildə bu auditoriyaya və bundan sonra dünya ictimaiyyətinə təqdim olunması ayrıca iş, ayrıca təşəbbüsdür. Dünya ictimaiyyətinə azərbaycanlıların 200 ildən artıq müddətdə başına açılan oyunla bağlı demək istədiklərimizi bu kitablarda qeyd etmişik və demək istədiklərimizi təsdiq edən çox dəyərli sənədlər, materiallar toplanıb”.
Prezidentin köməkçisi deyib ki, 2000 tirajla nəşr edilən kitabların elektron variantı da buraxılacaq: “Əsas odur ki, biz demək istədiklərimizi yığcam, sistemli şəkildə bütün dünya ictimaiyyətinə çatdırırıq. Bu məsələdə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm".
Ə.Həsənov qeyd edib ki, ən əsası, bu kitablar düşmənçilik, qısasçılıq aşılamır. Bu kitablarda silahlanaraq Ermənistan xalqından qısas almaq barədə heç bir çağırış yoxdur: “Ermənistan xalqı özü bugünkü cinayətkar Ermənistan rejimindən az çəkməyib. Bəlkə bizdən daha çox onlar çəkib və çəkməkdə də davam edirlər. Bu gün Ermənistan xalqı bu cinayətkar rejimin qurbanına və girovuna çevrilib. Ona görə də bu kitablarda bir sülh çağırışı var, eyni zamanda bu kitablar həmin cinayətləri törədən insanları dünyaya tanıdır. Ona görə tanıdır ki, bu insanlar bir daha belə cinayət törətməyə cəhd etməsinlər, dünya ictimaiyyəti belə cinayətkarları tanısın və onların qarşısını zamanında alsın. Bu kitablarda Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluğa bir çağırış siyasəti var. Eyni zamanda biz Xocalı soyqırımını, bu soyqırımda qətlə yetirilmiş günahsız insanların xatirəsini unuda bilmərik. İstəyirik ki, bütün bəşəriyyət bu insanların əzab-əziyyəti ilə tanış olsun, onu törədənlərə nifrət etsin”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov tədbirdə çıxışı zamanı bildirib ki, kitablarda Azərbaycanın qədim ərazisi olan Xocalının işğal olunmasının səbəbləri və nəticələri haqqında kifayət qədər faktlar var.
Onun sözlərinə görə, kitablar çoxmilyonlu oxucu auditoriyası baxımından mühüm əhəmiyyət kəsb edəcək, eləcə də gələcək tədqiqatlarda mühüm mənbə bazası rolunu oynayacaq.
Millət vəkili Musa Qasımlı isə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, görkəmli elm adamı, professor Əli Həsənovun qələmindən çıxan hər iki kitabı Azərbaycanın siyasətşünaslıq elmində ciddi hadisə hesab edir:
“Kitablarda siyasi tarix ədəbiyyatımızda ilk dəfə olaraq ermənilərin Azərbaycan torpaqlarına gətirilməsi, yerləşdirilməsi, imkan qazandıqdan sonra azərbaycanlılara qarşı törətdikləri soyqırımları çox sistemli şəkildə öz əksini tapıb. Bu bizim elm adamlarımıza bir istiqamət verir. Hesab edirəm ki, bu əsərlər bizim siyasi tarix elmimizdə hadisədir, Prezident İlham Əliyevin hücum diplomatiyası takstikasını həyata keçirməkdə çox ciddi bir addımdır və bütün tarixçilərə, siyasi tarixlə məşğul olanlara, jurnalistlərə bir örnəkdir”.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın həm xarici siyasətini müəyyənləşdirən, həm də daxili siyasətinin əsasını təşkil edən əsas məsələlərindən biridir.
“Xarici qüvvələr bizi hər zaman zəiflətməyə çalışıblar. Bunun ən zalım şəklini isə 25 il əvvəl Xocalıda gördük. Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar. Xocalı faciəsinin səbəbkarları hələ də azadlıqda, aramızda dolaşır, nazir səviyyəsinə yüksələrək Ermənistanda vəzifədə çalışır”.
Yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır.
Kitabların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirən başlıca amillərdən biri də onların 8 dildə - Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr olunmasıdır. Bu, təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından çox önəmlidir.
“Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı kitabda XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilərək, bu soyqırımın tarixdə yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmadığı diqqətə çatdırılır.
Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.
“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabda isə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Monoqrafiyada erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur.
Nəşrdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir.
Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb.
Hər iki kitabın buraxılışına məsul Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, elmi redaktoru “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovdur.
Hər iki kitab tarixçilər, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info