Ermənilərin Parisdə Xocalı tədbirini pozmaq cəhdləri uğursuzluqla nəticələnib
Tarix: 28.02.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Fevralın 26-da erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Eglise Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsullarla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün cəhdlər göstərib, nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar. Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamazdan öncə eşidilsə də, gözəl musiqi və iştirakçıların gurultulu alqışları bu səsləri asanlıqla boğub.
300 qonağın iştirak etdiyi konsert iştirakçıları arasında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov və Azərbaycan Dostları Assosiasiyasının prezidenti, millət vəkili Jan-Fransua Mansel də olub.
Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkar Enrike Qranadosun “Orientale” adı əzəmətli və ecazkar əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.
Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” simfonik poemasının ifası ilə başa çatıb.
Əsər skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini tərənnüm etməklə güclü təsir yaradır.
P.Tilloyun bəstəsini azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Quatuor Chagall” kvarteti ifa edib.
Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib ki, musiqi susmaq mümkün olmayanda bildirə bilmədiklərini ifadə edir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalinin şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olub.
Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğalçı siyasətini pisləyən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğal altında saxlamaqda davam edir. Bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Bugünkü musiqili anım gecəsi Xocalı qurbanlarının xatirəsinə və yalnız bir arzusu - evlərinə qayıtmaq istəyi olan azərbaycanlılara həsr olunub”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info