UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib
Tarix: 28.02.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


UNEC-in koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” (“Development and improvement of the University Administration on International Affairs”) adlı TEMPUS layihəsinin final konfransı keçirilib. Konfransda tərəfdaş ölkələrin təhsil nazirliyi və universitetlərinin nümayəndələri iştirak edib.
TEMPUS proqramının əsas hədəfi ali təhsil sahəsində Avropa İttifaqının aparıcı ölkələrinin müsbət təcrübəsinin tərəfdaş ölkələrə gətirilməsi və həmin ölkələrin ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir. UNEC TEMPUS proqramının koordinator qismində qalibi olaraq, Avropa Komissiyasının qrantını əldə edib. Layihənin məqsədi tərəfdaş universitetlərdə Avropa təcrübəsinə və milli inkişaf ənənələrinə əsaslanan optimal, çevik beynəlxalq əlaqələr mexanizminin formalaşmasıdır. Həmçinin konkret missiyanın müəyyən edilməsi, çoxmilli tələbə və müəllim heyətini cəlb etməklə tərəfdaş universitetlərdə beynəlxalq təhsil mühitinin yaradılmasıdır. Eləcə də tərəfdaş universitetlərin qlobal əlaqələrə malik ali təhsil müəssisələrinə çevrilməsi, regional qlobal universitet şəbəkələrinə qoşulmaları üçün təşviq edilməsi və beynəlxalq reytinq siyahılarına daxil olmasıdır.
Konfransda layihənin fəaliyyət planına əsasən, üç il ərzində görülən işlərin yekun hesabatı dinlənilib. Tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti təhlil edilib. UNEC rektoru, professor Ədalət Muradov Avropa Komissiyasının bu tipli layihələrdə iştirakının universitetlər üçün mühüm əhəmiyyət kəsb etməsindən danışıb. Layihənin həyata keçirilməsində Təhsil Nazirliyinin xüsusi rolunu vurğulayıb. Tərəfdaş universitetlər arasında digər istiqamətlərdə də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Beynəlxalq əlaqələrin müasir universitetlər üçün əhəmiyyətinin durmadan artıdığını vurğulayan rektor, UNEC-in son illərdə beynəlxalq əlaqələrində əldə etdiyi uğurları da diqqətə çatdırıb. Milli Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsinin uğurla icra edilməsindən söz açıb. Layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə reallaşdırıldığını və tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfə verdiyini bildirib. Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov nazirliyin belə layihələrə daim dəstək göstərdiyini qeyd edib. Ölkə universitetlərinin beynəlxalq arenaya çıxışı baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, gələcəkdə də bənzər layihələrdə iştirak etməyin vacibliyini vurğulayıb. Sonra Ukrayna, Qırğızıstan, Tacikistanın təhsil nazirliklərinin nümayəndələri çıxış edərək, UNIVIA tipli layihələrdə iştirakın həm universitetlərin beynəlxalq əlaqələrinin inkşaf etdirilməsi, həm də milli təhsil sistemlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. UNIVIA layihəsinin Avropa tərəfdaşları adından çıxış edən Böyük Britaniyanın Uorvik Universitetinin əməkdaşı Ceyms Kennedi layihədə iştirakdan məmnunluq duyduqlarını bildirib. Layihə çərçivəsində tərəfdaş universitetlərlə sıx əməkdaşlıq yaradıldığını diqqətə çatdıran, C.Kennedi bu ali təhsil müəssisələrinin kadr potensialının 3 il ərzində artdığını müşahidə etdiyini qeyd edib. UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov “UNIVIA Tempus layihəsi: Uğurlu beynəlxalq əməkdaşlıq modeli” mövzusunda təqdimatla çıxış edib. Layihə çərçivəsində görülən işlər, reallaşdırılan təlimlər, hazırlanan sənədlərdən danışıb. Layihənin icrasında göstərdikləri dəstəyə görə təhsil nazirliklərinə və tərəfdaş universitetlərə təşəkkürünü bildirən Ş.Bayramov, layihənin nəticələrinin tərəfdaş universitetlərlə yanaşı, digər ali təhsil müəssisələri üçün də faydalı olacağına ümid etdiyini diqqətə çatdırıb. Açılış konfransının sonunda iştirakçıların layihə ilə bağlı sualları cavablandırılıb. Konfrans öz işini bölmə iclaslarında iki gün ərzində davam etdirəcək. Qeyd edək ki, layihənin tərəfdaş dövlət qurumları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ukraynanın Təhsil, Elm, Gənclik və İdman Nazirliyi, Qırğızıstanın Elm və Təhsil Nazirliyi, o cümlədən Tacikistan Respublikasının Təhsil Nazirliyidir. Avropa tərəfdaşı olan ali təhsil müəssisələri Uorvik Universiteti, Malaga Universiteti, Santyago-Kompostela Universiteti, Boloniya Universitetidir. Azərbaycan tərəfdaşları Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetidir. Layihənin regional tərəfdaşları Kiyev Milli İqtisadiyyat Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Qırğızıstan İqtisad Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Tacikistan Sahibkarlıq və Xidmətlər İnstitutu, Khujand Dövlət Universitetidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info