Əcnəbi tələbələr “Xocalı bütün türk dünyasının acısıdır” dedilər
Tarix: 28.02.2017 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Hər il olduğu kimi bu il də Qazaxıstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax universitetində Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirilib. Fevralın 27-də baş tutan tədbiri giriş sözü ilə açan rektor köməkçisi Mustafa Eren, insanlıq tarixində ən böyük faciələrdən birinin yaşandığını, iyirmi beş il bundan qabaq Azərbaycan sivillərinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyindən bütün dünyanın xəbərdar olduğunu, beynəlxalq təşkilatların bu qətliamı qəbul etməsinə rəğmən hələ də gerçək bir addımın atılmadığını təəssüf hissi ilə dilə gətirib. O, dünyanın ən təsirli gücünün nüvə silahlar yox, məhz qələm olduğunu vurğulayaraq, özümüzü ən mükəmməl şəkildə yetişdirməyimizi və bütün türk dünyasını haqlı olaraq Qarabağ davasını qazanmaq üçün bu hadisəni hər zaman mediada gündəm tutmağa çağırdı. Daha sonra Sosial elmlər fakültəsinin müəllimi Fetih Kılınc çıxışında məsələyə beynəlxalq hüquq bucağından yanaşaraq, Avropa Parlamentinin, Avropa birliyinin və digər beynəlxalq təşkilatların səssiz olduqlarını dedi. O düşüncələrini belə ifadə edib: "Müharibə olsa belə beynəlxalq hüquqda müharibənin özünə uyğun qaydası var, silahsız insanlara, uşaqlara, qadınlara, təhsil idarələrinə və digər canlılara hücum etmək olmaz. Bu bir müharibə deyildi, bu bir gecə basqını, bir qətliam idi. Planlı Xocalı qətliamı idi bu. Hüquq bucağından baxanda bunun soyqırımdan başqa deyiləcək heç bir adı yoxdur!" Daha sonra tədbir iştirakçılarına Xocalıda yaşanmış faciəni əks etdirən video-çarx təqdim edilib. Azərbaycanlı tələbələrdən Orxan Məmmədli, Ruslan Dost Əli və Qulam Məmmədli, Türkiyəli tələbə Nəbi Qutay Şən çıxış ediblər. Qırğızıstandan, Özbəkistandan, Türkmənistan və s. ölkələrdən gəlmiş tələbələr öz dillərində "Xocalı tək Azərbaycanın deyil, bizim və bütün türk dünyasının acısıdır. Haqq ədalət yerini tapana qədər qardaş ölkənin yanındayıq" şüarını səsləndiriblər. Sonda məşhur "Çırpınırdın qara dəniz" mahnısı oxunub. Tədbir universitetin yaxınlığında salınmış məzarlıqda Xocalı şəhidlərinin xatirəsinə ayrılmış məzar daşına çiçək qoymaqla yekunlaşıb.
Xatırladaq ki, məlum faciə ilə bağlı ilk tədbir fevralın 24-ü Kentav şəhərində, Hazırlıq fakültəsində təşkil olunub. Nəzərinizə çatdıraq ki, 18 noyabr 2016-cı il tarixində Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türküstandakı Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax universitetinə səfəri çərçivəsində universitet rəhbərliyi ilə birgə azərbaycanlı tələbələrlə görüşüb, mövcud problemlərin həlli istiqamətində lazımi addımlar atılıb. Ən əsası isə universitetin Mədəniyyət evində "Azərbaycan tarixi-mədəni mərkəzi"nin açılması üçün tərəflər arasında memorandum imzalanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Ruslan Dost Əli




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info