Klub rəhbəri: “İdmanda udmaq və uduzmaq məsələsi var”
Tarix: 28.02.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Qarabağ İdman klubunun direktoru Babək Hüseyinli Moskvada Ximki rayonunda "Fight Nights Globala MMA" qaydasız döyüş üzrə keçirilən turnirdə Azərbaycana qarşı təxribata yol verilməsi ilə bağlı məsələyə münasibət bildirib. Klub rəhbəri qeyd edib ki, bu günə kimi nə Elnar İbrahimov nə də ki, onun məşqçisi tanınmış idmançı Şəhriyar Abbasov bir dəfə də olsun qaydasız döyüş zamanı, eləcə də samboda ermənilərə məğlub olmayıblar: “Hər zaman iki dəqiqə ərzində erməniləri məğlub ediblər. Bu dəfə isə məsələ müxtəlif şəkildə dəyərləndirildi. Təbii ki, mən də bir idmançı olaraq düşünürəm ki, idmanda udmaq və uduzmaq məsələsi var. Və qarşı-qarşıya gələn idmançının biri digəri üzərində qələbə qazanmalıdır”. Babək Hüseyinli qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, dünyada ölkəmizi sevməyən qüvvələr var və onlar da bu məsələdən Azərbayacana qarşı istifadə etməyə çalışırlar: “Lakin hamı bilməlidir ki, torpaqlarımız işğaldan azad edilməyib, nə bu işğal faktını, nə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını unudacaqlar. Bu məsələni də başqa adla səsləndirmək lazım deyil qondarma qurumun bayrağının orda dalğalsndırılması Azərbaycandan çox Rusiyaya qarşı erməni idmançı tərəfidən hörmətsizlikdir çünkü Vartan Asatartan Ermənistanı yox Rusiyanı təmsil edirdi. Ona görə də Rusiyada, və Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu da bu məsələni düzgün dəyərləndirməlidir".

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Əliyar Ağayev Polşa – Latviya oyununa təyinat alıb
23.03.2019
PSJ Ander Herreranı transfer edir
23.03.2019
Rafael Varan “Real“dan yayda ayrılmaq istədiyini söyləyib
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info