Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşüb
Tarix: 28.02.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
Məlumata görə, E. Quliyev əvvəlcə Gürcüstan Sərhəd Xidmətinin rəisi, sonra Gürcüstanın daxili işlər naziri ilə görüş keçirib. Görüşdə iki ölkə arasında sərhədlərin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Gürcüstan və Azərbaycan arasındakı sərhəd xəttinin delimitasiyası da müzakirə edilib. Qərara alınıb ki, yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həlli istiqamətində iki ölkənin sərhəd qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi haqqında memorandum işlənib hazırlansın. 
 
Gələcəkdə həyata keçiriləcək layihələr, sərhəd infrastrukturunun müasir standartlara cavab verməsi və tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri də diqqət mərkəzində olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info