Azərbaycanla Türkiyə sosial sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Tarix: 28.02.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Türkiyə Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Adəm Urfa ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əmək resurslarının məşğulluğunun təmin olunmasının, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılmasının Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb.
 
O, ƏƏSMN tərəfindən bu istiqamətdə aparılan işlər barədə məlumat verib. Qeyd olunub ki, TİKA ilə nazirlik arasında əməkdaşlıqda da bu istiqamət xüsusi yer tutur. Belə ki, son illərdə özünüməşğulluğun dəstəklənməsi sahəsində nazirlik tərəfindən icra olunan iki pilot layihədən biri də TİKA ilə əməkdaşlıqda həyata keçirilib. Layihə çərçivəsində əlilliyi olan və işaxtaran kimi qeydiyyata alınmış şəxslər üçün arıçı peşəsi üzrə hazırlıq kursu təşkil olunduqdan sonra hər birinə lazımi avadanlıq və vasitələr verilib. Digər pilot layihə kimi,  bu layihə də gözlənilən şəkildə özünü doğruldub. Həmin əlilliyi olan insanlar müəyyən müddətdən sonra özünüməşğulluq fəaliyyətindən gəlir əldə etməklə vergi və sosial sığorta ödəyicisinə çevriliblər.
 
Görüş iştirakçılarına Azərbaycan Prezidentinin 07 aprel 2016-cı il tarixli sərəncamı əsasında ölkəmizdə işsiz və işaxtaran vətəndaşların özünüməşğulluğun təmin olunması sahəsində görülən işlər barədə məlumat verilib. Sərəncamla  hazırda ölkəmizdə işsiz və işaxtaran şəxslərin ailə bizneslərinin qurulması üçün aktivlərlə təminatının həyata keçirildiyi bildirilib.
 
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində  Əmək Mərkəzinin yaradılması işləri də diqqətə çatdırılıb. Mərkəzin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafında əhəmiyyəti qeyd olunub. Bu mərkəzin fəaliyyətində İƏT-in Türkiyədə fəaliyyət göstərən qurumu olan İslam ölkələri üzrə Statistika, İqtisadiyyat, Sosial Araşdırma və Tədris Mərkəzi (SESRİC) ilə sıx əlaqələrin qurulmasının faydalı ola biləcəyi vurğulanıb.
 
A.Urfa TİKA-nın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq şəraitində kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə layihələrindən bəhs edib. O, təşkilatın Azərbaycanda da uğurlu iş təcrübəsinin olduğunu, həmçinin sosial müdafiə, məşğulluq sahələrində dəstək məqsədli layihələr həyata keçirdiklərini bildirib.
 
Görüşdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin peşə bilik və bacarıqlarına yiyələnmələrinin, məşğulluq imkanlarına malik olmalarının dəstəklənməsi sahəsində əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info