Çində Azərbaycanın nəqliyyat-tranzit imkanları ilə bağlı təqdimat keçirilib
Tarix: 28.02.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Pekində Azərbaycanın Çindəki  səfirliyinin təşəbbüsü ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.
 
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən verilən məlumata görə, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı və ev sahibi Çin hökumətinin dəstəyi ilə baş tutan forumda  Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Transxəzər nəqliyyat dəhlizinin, o cümlədən Azərbaycanın nəqliyyat-tranzit imkanları təqdim edilib.
 
QSC-nin strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev forumda təqdimatla çıxış edib. O,  “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanması, Xəzərdə onun əhəmiyyəti, bölgədə həyata keçirilən irimiqyaslı layihələr, Şərq-Qərb daşımalarında QSC-nin bərə donanmasının mühüm rolundan danışıb. Forum iştirakçılarına “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikiləcək 2 yeni Ro-Pax tipli unikal gəmi-bərələr haqqında məlumat verilib. QSC rəsmisinin təqdimatında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan konteynerlər, onların həcmi və proqnozlaşdırılan yük artımına da xüsusi diqqət yetirilib. Maraqla qarşılanan təqdimatdan sonra B2B formatında danışıqlar aparılıb, gələcək  biznes imkanları müzakirə edilib.
 
Forum zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri, təşkilatçı  olan digər ölkələr, habelə Çinin nümayəndələri də təqdimatlarla çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 63 dolları ötüb
13.12.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
12.12.2018
Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək
12.12.2018
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə əldə edib
12.12.2018
Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 “Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info