«Fashion model school”un yeni sahibi Araz Mirzəyev oldu
Tarix: 28.02.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


2005-ci i ilin avqustunda model Lyubov Qutorova tərəfindən əsası qoyulmuş Fashion Models School model agentliyi 2014-cü ildə imicini dəyişdikdən sonra FMS Models adlandırılmağa başlayıb. 2005-ci ildə Fashion Models School-un təsisçisi həmin vaxt çox populyar olan Best Model of Azerbaijan 2005 müsabiqəsini təşkil edir və onun prezidenti olur. Bu müsabiqənin məhz ilk iştirakçıları yeni açılmış model agentliyinin modelləri olmuşlar. Elə həmin vaxt, işin düzgün qurulması üçün qoyulmuş tələbləri nəzərə alaraq, Fashion Models School-un nəzdində böyük populyarlıq qazanmış model məktəbi açılmışdı. Şəhərimizin bir çox modelləri bu məktəbdə təhsil alaraq modalar aləminə vəsiqə almışlar.
FMS Models model agentliyi Lyubov Qutorovanın simasında Best Model of Azerbaijan 2005, 2008, 2010, Miss Azerbaijan 2010 və s. kimi bir çox model və gözəllik müsabiqələrini dəstəkləyir, eyni zamanda onun təşkilatçısı olmuşdur. Agentliyin rəhbəri FMS Models-in fəaliyyətinin 11 ili ərzində bir neçə dəfə çoxlu model, dizayner, gözəllik və s. müsabiqələrin münsiflər heyətinin tərkibində olmuşdur.
FMS Models model agentliyi (www.fms.az) 2005-ci ildən Azərbaycanın qabaqcıl model agentliyi olub model biznesinin bütün sahə və istiqamətlərində xidmətlər göstərir.
Agentliyin modelləri Albino, Tony Ward , Requiem, Ermano Scervino. Philipp Plein, Renato Balestro, Stephane Rolland, Qalit Levi, Yildirim Mayruk, Jordi Dalmau və bir çox başqa məşhur dizaynerlərin moda nümayişlərində iştirak etmişlər.
2015-ci ildə FMS Models 10 illik yubileyini geniş şəkildə bayram edərək defile təşkil etmiş və bu bayrama çoxlu qonaqlar dəvət etmişdi. Lakin həmin vaxt agentliyin sahibi artıq gələcək planlar barədə düşünürdü.
Lyubov Qutorova özü bu barədə deyir: “Agentlik uğurla fəaliyyət göstərdiyi zaman mən Azərbaycan dizaynerləri ilə işləmək üçün layihələrin təşkili barədə planlar üzərində düşünməyə başlayırdım. Milli modelyerlərin populyarlaşdırılması. Sirr deyil ki, bu istiqamət demək olar ki, respublikamızın moda bazarında çox geridədir. Və budur, 2014-cü ildə Azərbaycanda eyni zamanda bir neçə Azərbaycan dizaynerinin iştirakı ilə Baku Fashion Night («Bakıda moda gecəsi») adlı ilk layihə həyata keçirildi. Tədbirin təşkilini baş sponsor və tərəfdaş olan Excelsior Hotel & SPA Bakunun (www.excelsiorhotelbaku.az) dəstəyi ilə FMS Models (www.fms.az)” həyata keçirirdi.
Bu layihə yerli dizaynerlərə dəstək, həmçinin moda ilə maraqlanan auditoriya üçün yaradılmışdı. Əlbəttə, Baku Fashion Night çərçivəsində Azərbaycan dizaynerləri ilə yanaşı xarici ölkələrdən qatılan dizaynerlər də iştirak edirdilər, lakin layihənin əsas məqsədi – bizim dizaynerlərin işlərini nümayiş etdirmək idi!
O vaxtdan layihə mövsümlər üzrə ildə iki dəfə gerçəkləşdirilir. Artıq beş mövsüm keçmişdir və onların hər biri ilə yeni Azərbaycan dizaynerlərinin yeni adları meydana gəlir, bu isə bizi sevindirməyə bilməz.
Lakin dizayner layihələri üzərində işlədikcə, mənim model biznesinə olan şəxsi marağım azalmağa başladı. Və son nəticədə - sıfıra yaxınlaşdı. Son iki-üç ildə mən “nə etməli?” klassik sualı ətrafında əziyyət çəkirdim...
Cavab bu gün tapıldı! Hazırkı mətbuat konfransının mövzusu da elə budur.
Məni neçə vaxtdır tam başqa şeylər maraqlandırır. Ona görə də mənim indi özümü yalnız mənə maraqlı olana – Azərbaycan dizaynerlərinə həsr etmək arzusunda olmağım tamamilə təbiidir. Təfərrüatlar barədə yaxın zamanda biləcəksiniz. Əlbəttə ki, mən yenə də prezident – FMS Models-in təsisçisi kimi qalıram və agentliyin tədbirlərində fəxri qonaq kimi iştirak etmək mənə xoşdur, lakin idarəetmənin bütün istiqamətləri yeni sahibinə və onun komandasına keçir və mən onlara böyük uğurlar arzulayıram”.
FMS Models üçün “onun şəxsi tarixində yeni dönüş” başlanır. Onun əvəzsiz rəhbəri Lyubov Qutorova öz “övladı”nı başqa əllərə verir - «Fashion model school”-un yeni sahibi Araz Mirzəyev oldu.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info