Naxçıvanda kəhrizlər bərpa edilir
Tarix: 28.02.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın tarixini özündə yaşadan, içməli və suvarma suyuna olan tələbatın ödənilməsində mühüm rol oynayan kəhrizlərin qorunub saxlanılması, təmir-bərpası mühüm əhəmiyyətli sahə kimi daim diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsindən AZƏRTAC-a bildirilib ki, 384 kəhrizin qeydiyyata alındığı muxtar respublikada istifadə olunan kəhrizlərin qorunub saxlanılması və təmir-bərpası ötən il də diqqət mərkəzində saxlanılıb. Şərur rayonunun Tənənəm, Babək rayonunun Kültəpə, Kəngərli rayonunun Xıncab, Təzəkənd, Qarabağlar, Çalxanqala, Yurdçu, Culfa rayonunun Yaycı, Xoşkeşin, Şurud, Ordubad rayonunun Yuxarı Əylis, Anabad kəndlərində və Naxçıvan şəhərində olmaqla, ümumilikdə, 15 kəhriz əsaslı təmir olunub. Həmçinin Naxçıvan və Ordubad şəhərlərində, Ordubad rayonunun Aşağı Əylis, Şahbuz rayonunun Şahbuzkənd, Culfa rayonunun Gal, Kəngərli rayonunun Qarabağlar kəndlərində, ümumilikdə, 9 kəhrizdə cari təmir işləri aparılıb.
Təmir-bərpa işləri zamanı kəhriz kürələrində saybəndləmə, quyularda isə çalagərdən hörgü işləri görülür ki, bu da kəhrizlərin istismar müddətinin artırılmasına, uçqunların qarşısının alınmasına, bir sözlə, tariximizi özündə yaşadan bu abidələrin qorunub saxlanılmasına imkan verir. Cari ildə də kəhrizlərin təmir-bərpası diqqət mərkəzindədir. Ordubad rayonunun Aşağı Əylis kəndində “Bazarçeşmə” kəhrizi əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda Culfa rayonunun Dizə, Ordubad rayonunun Yuxarı Əylis, Kəngərli rayonunun Çalxanqala, Xıncab, Qarabağlar kəndlərində, ümumilikdə, 4 kəhrizdə əsaslı, Ordubad şəhərindəki “Şıxəlixan” kəhrizində isə cari təmir işləri davam etdirilir.
Qeyd edək ki, yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan – kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Ona görə ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info