Qeyri-neft sektorunun inkişaf zərurəti günbəgün artır
Tarix: 28.02.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Azərbaycanda qeyri-neft sektorunun, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurəti günbəgün artır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri Bakıda “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda keçirilən 2 günlük TAIEX seminarında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru vəzifəsini icra edən Namiq Tağıyev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib.
N.Tağıyev qeyd edib ki, bu islahatların məntiqi davamı olaraq ölkə başçısı 2017-ci il fevralın 10-da “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Komitə rəsmisi seminarın əhəmiyyətindən, həmçinin milli keyfiyyət infrastrukturu sisteminin Avropa tələblərinə uyğunlaşdırılması isiqamətində rolundan danışıb.
Bolqarıstan Standartlaşdırma İnstitutunun direktoru xanım İren Dabijeva Azərbaycanla ölkəsi arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən söz açıb. O, keyfiyyət infrastrukturu sahəsində, xüsusən standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri və texniki maneələrin aradan qaldırılması istiqamətində zəruri olan fəaliyyətin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib, bir sıra aktual məsələlərlə bağlı məruzələr dinlənilib.
Seminarda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar və yerli sahibkarlar iştirak edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info