Ukraynanın təhsil və elm nazirinin birinci müavini BSU-da olub
Tarix: 28.02.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


28 fevral 2017-ci il Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes, nazirliyin Beynəlxalq əməkdaşlıq və Avropa inteqrasiya idarəsinin idarə rəisi Anna Novosad, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişşenko və Ukraynadan gəlmiş digər qonaqlar Bakı Slavyan Universitetində (BSU) olublar. Qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş, BSU-nun Ukraynanın ali təhsil müəssisələri ilə əlaqələrinin tarixindən, bugünkü vəziyyətindən danışıbdır. O, çıxışında BSU-da hazırda 11 ölkəyə aid tədris və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini bildirib. N.Əliyeva Ukrayna Tədris və Mədəniyyət Mərkəzinin həmin mərkəzlər arasında birinci yaradıldığını və bu gün ən fəal mərkəz olduğunu qeyd edib. Rektor daha sonra 44 tələbənin BSU-da Ukrayna dilini öyrəndiyini qonaqların diqqətinə çatdırıb. O, münasibətlərin qarışılıqlı əməkdaşlıq prinsiplərinə əsaslandığını da qeyd edib: “Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində, Taras Şevçenko adına Kiyev Milli Linqivistik Universitetdə də Azərbaycan mərkəzləri fəaliyyət göstərir. Tez –tez universitetlər arasında telekörpü keçirilir, təcrübə mübadiləsi aparılır”.
N.Əliyeva Ukraynanın rəsmi şəxslərinin müxtəlif dövrlərdə universitetə baş çəkməsinin, tələbə-müəllim heyəti ilə görüşlər keçirmələrinin tədris prosesinə müsbət təsir etdiyini, ölkələrimiz arasındakı əlaqələrin inkişafında önəmli rol oynadığını deyib. O, buna nümunə olaraq bu günlərdə Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbiri qeyd edib. Bildirib ki, tədbirdə Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası qrupunun sədri Maksim Kuryaçinin və digər deputatların iştirakı Ukrayna dövlətinin Azərbaycana xüsusi diqqətinin bariz nümunəsi sayıla bilər. Rektor bu münasibətlərin gələcəkdə daha da genişlənmısi üçün universitetin üzərinə düşən vəzifələrə də toxunub.
Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes öz ölkəsində təhsil sahəsində gedən islahatlardan, Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulan planlardan danışıb. O, Ukrayna ilə Azərbaycan arasında tələbə mübadiləsi, müəllim-professor heyətinin uzunmüddətli ezamiyyətləri məsələsinə də toxunub.
BSU-nun prorektoru, professor Rafiq Novruzov BSU ilə Ukraynanın ali məktəbləri arasındakı birgə layihələr barədə məlumat verib.
Görüşün sonunda qonağa BSU-nun 70 illik yubileyinə həsr edilmiş kitab və digər milli hədiyyələr verilmişdir.
Anar





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info