“Bəzi gənclər radikalların keçmişini bilmədən onların oyunlarının qurbanına çevrilir”
Tarix: 12.04.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi olublar.Onların düzgün istiqamətdə, cəmiyyətə, dövlətə xeyirli olan şəkildə fəaliyyət göstərməsi həyati əhəmiyyət kəsb edir. Lakin bəzən gənclərin məlumatsızlığından istifadə edən xarici və daxili qüvvələr onları radikal aksiyalara qoşulmağa, sabitliyi pozan əməllər törətməyə sövq edirlər.

Gənclərdən istifadə edərək öz məqsədlərinə çatmaq istəyirlər. Ölkəmizdə baş verən son proseslər müxalifət düşərgəsində təmsil olunan radikal müxalifət partiyalarının belə gənclərdən hakimiyyətə gəlmək üçün istifadə etdiyini bir daha sübut edir. Radikal müxalifət partiyaları-AXCP və Müsavat gəncləri qanunsuz aksiyalara sürükləmək, bununla ölkə daxilində bərqərar olmuş sabitliyi pozaraq, buranı da “ərəb baharı”nın olduğu ölkələr sırasına qatmaq istəyirlər. İsa Qəmbərin öz çıxışlarında da bunu açıq-aydın ifadə etməsi bu insanların nə cür gizli planlarının olmasından xəbər verir. Halbuki dövlət səviyyəsində gənclər siyasəti sahəsində çoxsaylı proqramlar qəbul olunub və tədricən həyata keçirilir. Radikal müxalifətin bəzi gənclərdən özlərinin qanunsuz aksiyalarında vasitə kimi istifadə etməklə hansı məqsədə çatmaq istədiyi, eyni zamanda belə məlumatsız gəncləri etdikləri yanlış hərəkətlərdən çəkindirmək yolları ilə bağlı “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucovun fikirlərini öyrəndik: “Bugünkü Azərbaycan gəncliyini sağlam düşüncəli, vətənini, xalqını sevən gənclik kimi xarakterizə edirəm. Gəncliyin inkişafı naminə təməli ümummilli lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə qoyulmuş siyasət ölkə gənclərinin lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni formatda və məzmunda uğurla davam etdirilir. Lakin təəssüflər olsun ki, bəzi gənclər düşünmədən, kortəbii şəkildə bu gün ölkəmizin inkişafını istəməyən, bu inkişafa mane olmağa çalışan və özlərini radikal müxalifət adlandıran, lakin fəaliyyətlərində sağlam platforma və siyasi konsepsiya olmayan insanların keçmişini və əsl məqsədlərini başa düşmədən məkrli oyunlarının qurbanına çevrilirlər. Bu cür hallar zaman-zaman olmuşdur və həmişə də məkrli oyunların alətinə çevrilmiş gənclər olublar. Yenə də böyük təəssüflə qeyd edirəm ki, həmin insanların qurbanına çevrilmiş gənclər özlərindən əvvəlki gənclərin uğursuzluqlarından ibrət götürmədən bu cür oyunlara qoşulurlar. Fikirləşirəm ki, bu qəbildən olan gənclərimiz narazılıqları olduğu təqdirdə belə onu sivil yolla bildirməli və dövlətin onlar üçün yaratdığı imkanlardan yararlanaraq fikirlərini ortaya qoymalıdırlar. Nümunə üçün bildirim ki, gənclərlə bağlı sonuncu Dövlət Proqramı hazırlanarkən ölkə başçımızın iradəsi və xüsusi tapşırığı ilə gənclərin arzu və təkliflərinin dinlənilməsi üçün şərait yaradıldı və gənclərin səsləndirdiyi təkliflərin böyük hissəsi bu proqramda əksini tapdı. Cənab Prezident həmişə və hər yerdə gənclərə arxalandığını xüsusilə qeyd edir və ölkə gənclərini də məhz dövlətə və dövlət başçısına arxalanmağa çağırır. Bundan yüksək qiyməti mən təsəvvür edə bilmirəm. Ölkəmizdə gənclərlə bağlı siyasəti həyata keçirən Gənclər və İdman Nazirliyi müxtəlif siyasi baxışlara malik partiyaların gənclər təşkilatlarının fikirlərini dinləməyə həmişə imkan yaradıb. Hətta bu cür görüşlərin bir neçəsində gənclər təşkilatının rəhbəri olaraq mən də iştirak etmişəm və siyasi mövqeyimi bir kənara qoyaraq tam səmimi olaraq bildirirəm ki, bircə alternativ təklif belə, görməmişəm. Yəni, bu insanlar nə istədiklərini özləri belə bilmir və anlamırlar. Yalnız siyasi baxışları artıq çoxdan paslanmış rəhbərlərinin etdiyi diktələrlə oturub-durur və qışqırmaqdan, dağıtmaqdan, hər şeyə qara yaxmaqdan başqa alternativ fikirləri yoxdur. Bu gün özlərini radikal müxalifət adlandıran qrupların başında duran insanların keçmişlərinə nəzər salmaq yetərlidir. Bugünkü müxalifətin böyük bir hissəsi vaxtilə hakimiyyətdə olmuş və ölkəni tənəzzülə, uçuruma yuvarlamış insanlardır. Və yaxud təsəvvür edin, həmin qrup insanlar dünənə qədər vəzifədə olan hər hansı bir məmuru söyürlər, həmin adam vəzifəsini itirən kimi onu dəstəkləyirlər. Yəni, bu insanların neçə sifəti, əqidəsi var? Və yaxud əvvəllər hakimiyyətdə təmsil olunub, bu hakimiyyəti dəstəkləyib, indi hansısa məqsədinə nail olmayanda müxalifətçi olurlar.
Bu cür insanların məkrli niyyətlərindən biri də cəmiyyətin ən enerjili, ən qaynar təbəqəsi olan gəncliyi hədəfə götürmək və onların enerjisindən istifadə edərək öz çirkin ideyalarını həyata keçirməkdir.
Amma inanıram ki, Azərbaycan gəncliyi sağlam gənclikdir. Onlar radikal müxalifəti heç vaxt dəstəkləməyəcəklər. Ola bilsin ki, hansısa az sayda gənclər gəncliyə xas olan çılğınlıqdan irəli gələn hisslərini idarə edə bilməyib düşünmədən radikal müxalifətin təsirlərinə məruz qalıb. Yenə də onlara sözüm və tövsiyəm ondan ibarətdir ki, bir daha düşünsünlər və fikirləşsinlər-onlar kimləri və nəyi dəstəkləyirlər? Ən azından dəstəklədikləri insanların keçmişinə nəzər salsınlar.
Əlbəttə mən demirəm ki, bizdə hər şey idealdır və problem yoxdur. Problemlər də var, müəyyən qüsurlar da var, amma əsas odur ki, bu cür halları aradan qaldırmaq üçün siyasi iradə mövcuddur, düşünülmüş mövqe ortadadır. Və bu problemlər mərhələ-mərhələ aradan qaldırılmaqdadır.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info