ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib
Tarix: 28.02.2017 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı olub. Təqdimatda universitetin fakültə dekanları, kafedra müdirləri və elmi-tədqiqat laboratoriyalarının müdirləri iştirak ediblər.
Təqdimatda əvvəlcə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın ali təhsil sistemində keyfiyyət təminatı üzrə yeni standart və təlimatlar təsdiqlənib. Yeni akkreditasiya qaydaları “Twinning” layihəsi çərçivəsində hazırlanıb. Məqsəd Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha çox uyğunlaşdırılmasıdır. Dosent S.Əliyev ali təhsildə yeni standartların formalaşmasına xidmət edən “Twinning” layihəsinin mühüm əhəmiyyət kəsb etdiyinin bildirərək bu layihədə fəal iştirak etməyin vacibliyini vurğulayıb.
Özünütəhlil hesabatını universitetin Tədqiqat və İnkişaf Mərkəzinin mütəxəssisi, layihənin əlaqələndirici koordinatoru Fəridə Hüseynova təqdim edib. Təqdimat zamanı layihə çərçivəsində özünütəhlil hesabatı üzrə yaradılmış komissiya üzvlərinin birgə işi, apardıqları təhlillər və təklifləri geniş şəkildə izah edilib. Təqdimatda eyni zamanda Ali Təhsilin Keyfiyyəti Təminatı üzrə Standartlar və Təlimatlarının (AzST) inkişaf etdirilməsi yolları açıqlanıb. Həmçinin universitetdə keyfiyyətin monitorinqi və təminatı, tələblər çərçivəsində görülmüş işlərin nəticələrinin əsasən starteji planlaşdırma, idarəetmə, insan resursları, təhsil proqramları və onların hazırlanması, tələbələrlə iş, tədqiqat fəaliyyəti, tədris və təlim resursları və dəstək xidmətləri sahəsinə aid olduğu qeyd edilib.
Qeyd edək ki, “Twinning” layihəsi çərçivəsində Bakıya səfər etmiş Finladiya və Estoniya ali təhsil ekspertlərinin universitetin fakültələri, kafedraları və elmi-tədqiqat laboratoriyaları arasında keyfiyyətin artırılmasına istiqamətləndirilən tələbləri, keyfiyyət sisteminin yaradılması sahəsində təklifləri və rəyləri təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info