ABŞ, Yaponiya və Koreya diplomatları Vaşinqtonda bir araya gəlib
Tarix: 28.02.2017 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Yaponiya, ABŞ və Koreya Respublikasının yüksək vəzifəli diplomatları bundan sonra da Şimali Koreyanı təxribatçı hərəkətlərdən çəkindirmək üçün təzyiqləri davam etdirəcəklərini bildiriblər. NHK telekanalının yaydığı məlumata görə, Vaşinqtonda bir araya gələn diplomatlar Şimali Koreya liderinin qardaşının qətli məsələsini də müzakirə ediblər. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyindən Kenci Kanasuqinin, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yunun və Cənubi Koreyanın xüsusi nümayəndəsi Kim Hon Qyunun iştirak etdiyi bildirilir. Tərəflər Pxenyanın nüvə və raket proqramlarının bu ölkələr üçün birbaşa təhlükə olması və beynəlxalq ictimaiyyət tərəfindən Şimali Koreya rəhbərliyinə güclü təzyiq göstərilməsinin zəruriliyi barədə vahid mövqe nümayiş etdiriblər. Müzakirələr zamanı Kim Çen Namın qətlinin Şimali Koreyaya və onun əsas müttəfiqi Çinə təsiri ilə bağlı fikir mübadiləsi də aparılıb. Görüşdən sonra K.Kanasuqi jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Donald Tramp hadisələrin gələcək inkişafının mümkün variantlarını kənara qoymadan Şimali Koreyanın qarşısının alınması siyasətinin daha da kəskinləşəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası əvvəlki rəhbərliklə müqayisədə Şimali Koreya ilə bağlı siyasətində daha kəskin mövqe nümayiş etdirir.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi
23.08.2019
BMT-nin Hindistan hökumətinə çağırışı
23.08.2019
“Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışı qətiyyətlə davam edəcək“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info