“Separatçı rejimin məhv edilməsi beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıcı olacaq”
Tarix: 28.02.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağda separatçı rejimin məhv edilməsi beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıcı olacaq”. Məşhur qafqazşünas tarixçi və siyasi analitik, Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çoxsaylı məqalələr müəllifi, tarix elmləri namizədi Oleq Kuznetsov bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ümumrusiya Azərbaycanlılar Konqresinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Nijni Novqorod regional bölmələri tərəfindən bu şəhərdə təşkil edilmiş tədbirdəki çıxışında söyləyib. Onun sözlərinə görə, keçmiş sovet ordusunun Xankəndidə dislokasiya edilmiş 366-cı motoatıcı alayının ikinci batalyonu Azərbaycan ordusunun müqavimətini qırmalı olan zərbə qüvvəsi idi. O.Kuznetsov deyib: “Bu alayın şəxsi heyətinin əksəriyyəti faktiki olaraq fərarilik edən ermənilər idi. Onlar “Arabo” dəstəsi ilə əlbir olaraq Xocalı sakinlərinə qanlı divan tutublar. Qeyd etmək lazımdır ki, “Arabo” dəstəsinin komandiri SSRİ vətəndaşlığı olmayan Suriya vətəndaşı Manvel Yegizaryan idi. Azərbaycan ərazisinə gətirilmiş bu beynəlxalq terrorçular xaricdə formalaşdırılaraq ASALA və digər erməni terror təşkilatlarının tərkibində məqsədyönlü şəkildə SSRİ ərazisinə göndərilmiş qanunsuz dəstələr idi. Amerika xüsusi xidmətləri dünyanın müxtəlif ölkələrində terror aktlarının həyata keçirilməsi sahəsində çox böyük təcrübəyə malik olan bu terrorçulardan Sovet İttifaqı dövlətçiliyini zəiflətmək məqsədilə bacarıqla istifadə edirdilər. Radikal əhvali-ruhiyyəli bu erməni terrorçular, məsələn, 1977-ci ilin yanvarında Moskva metrosunda terror aktı törədiblər, 1971-ci ildə “Terrorizm və terrorçular” adlı məcmuə tərtib etmiş Stepan Zatikyan antisovet təbliğatına görə 1972-ci ildə Ermənistan DTK tərəfindən məhkum edilib, bədnam KRUNK təşkilatı isə ümumiyyətlə Ermənistan DTK-nın binasını zəbt etməyə cəhd göstərib. Erməni terror qruplaşmalarının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətində olmasını sübut edən daha bir fakt göstərim: məşhur erməni terrorçu, ABŞ vətəndaşı, MKİ-nin əməkdaşı olmuş Monte Melkonyan Dağlıq Qarabağda nələr baş verməli olduğunu hələ bütün bu hadisələrdən əvvəl açıq-aydın söyləyirdi və təəssüf ki, belə də oldu. Bütövlükdə, həmin dövrdə ABŞ MKİ-də 6-8 min peşəkar erməni terrorçu xidmət edirdi. Dağlıq Qarabağda müharibə əcnəbilər – beynəlxalq terrorçular tərəfindən aparılırdı. Orada bu hadisələr eynilə sonradan Şimali Qafqazda və indi Suriyada həyata keçirilən ssenari üzrə şəkildə inkişaf edirdi. Həmişə də enerji resursları ilə zəngin regionun - Şimali Qafqazda Çeçenistanın, Cənubi Qafqazda isə Azərbaycanın seçilməsi heç də təsadüfi deyildi”. Tarixçinin sözlərinə görə, çoxsaylı analogiyalara əsasən cəsarətlə demək olar ki, Qarabağda, Çeçenistanda və Suriyada müharibə eyni mərkəzdən - qərargahları ABŞ-da yerləşən transmilli korporasiyalar tərəfindən təşkil edilir. Oleq Kuznetsov sonda deyib: “Özlərini “Arsax” və “İŞİD” adlandıran bu kvazidövlətlər çox cəhətdən bir-birinə oxşayır. Hətta Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər də “işidçilər”in əməllərindən heç nə ilə fərqlənmir. Çeçenistanda və Suriyada baş vermiş hadisələrdən qabaq Azərbaycanın üzləşdiyi dəstxət eynidir – beynəlxalq terrorizm dəstxətti. Buna görə də Dağlıq Qarabağda separatçı rejimin məhv edilməsi, bütövlükdə, beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıcı olacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info