Şamaxıda aqropark yaradılacaq
Tarix: 01.03.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatında aparılan islahatlar aqrar bölgə olan Şamaxıda iqtisadiyyatın bu mühüm sahəsinin inkişafı üçün geniş perspektivlər açıb, yeni inkişaf istiqamətləri müəyyənləşdirilib. Belə ki, Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatının yaradılması üçün əkin dövriyyəsinə 14 min 890,4 hektar torpaq sahəsi ayrılıb. Aqroparkın yaradılması üçün “Yasamal” adlanan qış otlaq sahəsində 1500 hektar torpaq əkin dövriyyəsinə cəlb edilib. Burada 9 min başlıq ətlik və südlük heyvandarlıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Sabir qəsəbəsində isə 1200 başlıq heyvandarlıq kompleksinin inşasına başlanılıb. Bu layihələrin icrası rayonda, həm də yüzlərlə yeni iş yerinin açılmasına imkan verəcək. Bu barədə Şamaxıda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib. Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vurğulayıb ki, üzüm bağlarının sahəsi 1640 hektara çatdırılıb. Meysəri kəndinin ərazisində üzüm əkini üçün “Şirvan şərabları” MMC-yə 330 hektar torpaq sahəsi ayrılıb və 96 hektarda artıq bağ salınıb. Arıçılıq təsərrüfatı da sürətlə inkişaf edir. Hesabat ilində arı ailələrinin sayı 1404 qutu artaraq, 6515-ə çatıb. Ötən il, Şamaxıda, ümumiyyətlə, heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib. Məruzə və çıxışlarda 2016-cı ildə görülən tikinti-quruculuq və abadlıq işlərindən də danışılıb, sosial layihələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Belə ki, müharibə əlilləri və şəhid ailələri üçün 36 mənzilli evin, habelə 4 ictimai yaşayış binasının dam örtüyü təzələnib. Kərkənc kənd ümumi orta məktəbi üçün binanın tikintisi yekunlaşmaq üzrədir. Şamaxının turizm imkanlarından səmərəli istifadə olunması, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı ilə əlaqədar görülən işlər, təhsil, səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və sair barədə də ətraflı müzakirələr aparılıb. Habelə, qarşıda duran vəzifələr geniş təhlil olunub.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxış edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info