Hərrac prosesində 10 əmlak özəlləşdirilib
Tarix: 01.03.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dünən keçirilən növbəti hərraca Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının üzvü olan 20-dən artıq sahibkar izləyici qismində qatılıb. ƏMDK-dan bildirilib ki, komitə ilə Sahibkarlar Konfederasiyası arasında imzalanmış memoranduma uyğun olaraq təşkil edilmiş tədbirin məqsədi sahibkarlara dövlət əmlakının satışının açıq və şəffaf şəkildə keçirilməsini, hərrac mexanizmlərinin maksimum sadələşdirildiyini, obyektlər haqqında məlumatların əldə edilməsi üçün daha geniş imkanların yaradıldığını, eləcə də özəlləşdirmə prosesində iştirakın səmərəli və faydalı olmasını əyani şəkildə nümayiş etdirməkdən ibarət olub. Bunun nəticəsi olaraq, növbəti hərraclara sahibkarların daha geniş təbəqələrinin qatılması, bu yolla özəlləşdirmə prosesinin sürətləndirilməsi və ölkədə iqtisadi fəallığın nəzərəçarpacaq dərəcədə artması gözlənilir. Komitənin sədr müavini Rafiq Cəlilov qeyd olunan məqsədləri hərrac iştirakçıları və sahibkarların diqqətinə çatdıraraq, özəlləşdirmənin yeni mərhələsinin əsas fərqləndirici xüsusiyyətinin özəlləşdirmə prosesinin innovativ texnologiyalar tətbiq etməklə əhalinin maksimum geniş təbəqələri üçün açıqlığının təmin edilməsi, bütün proseslərin açıq və şəffaf şəkildə həyata keçirilməsi, özəlləşdirmədən faydalananların sayının əhəmiyyətli dərəcədə artırılmasıdır. Diqqətə çatdırılıb ki, hərraclar bütün texniki imkanlara malik müasir avadanlıqla təchiz edilmiş binada keçirilir və istənilən vətəndaş və ya media üzvünün iştirakına məhdudiyyət qoyulmur. Respublikanın müxtəlif şəhər və rayonlarında da hərraclar eyni qaydada təşkil edilir. Paytaxtda keçirilən hərrac zamanı onlayn əlaqə yaradılaraq böyük monitorlar vasitəsilə regionlarda baş tutan hərracları izləmək mümkündür. Hərraca çıxarılan əmlaklara dair sifarişlərin qəbulu elektron xidmət vasitəsilə də həyata keçirilir. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracların açıq və şəffaf şəraitdə keçirilməsi, prosedurların kifayət qədər sadələşdirildiyini və hərraclarla bağlı geniş məlumatlandırma işinin aparıldığını sahibkarların diqqətinə çatdıraraq, onları özəlləşdirmə prosesində daha fəal iştirak etməyə dəvət edib. Bundan sonra əyani olaraq dünən hərraca çıxarılan dövlət əmlaklarının iqtisadi və texniki göstəriciləri, mövcud durumunu əks etdirən görüntüləri, peyk vasitəsilə çəkilmiş xəritələri, qiyməti və s. məlumatlar nümayiş etdirilib. Bunun davamı olaraq sahibkarlar hərracın gedişatını izləyiblər. Hərrac komissiyasının sədri hərrac prosedurları və qaydalarını, özəlləşdirilən əmlaklar haqqında təfərrüatlı məlumatları hərrac iştirakçılarına çatdırıb. Hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla, 10 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlakların 7-si Bakı şəhərində, 3-ü isə müvafiq olaraq respublikanın digər şəhər və rayonlarında yerləşir. Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı Mebel təmiri müəssisəsi, Yardımlı və Şəkidə yerləşən qeyri-yaşayış binaları aiddir. Hərracda özəlləşdirilən müəssisələr, əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib. ƏMDK tərəfindən martın 7-də keçiriləcək növbəti hərraca 17-si kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətin səhmləri, habelə 36 istifadəsiz qeyri-yaşayış sahəsi, ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaq.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info