Türkdilli xalqların tarixi missiyası
Tarix: 12.04.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Türkdilli xalqlar qədim, çoxəsrlik tarixi boyu
Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq
dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdiriblər”


Milli lider hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki, liderlik keyfiyyətlərinə malik şəxsiyyətlərin yetişməsində mühit və hadisələr başlıca rol oynayır. Bu prosesdə onlar özləri də mövcud şəraitin qarşıya qoyduğu vəzifələrin icrası üçün yeni vasitə, münasibət və yanaşma əxz edirlər. 1969-cu ilin iyulundan ümummilli lider Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapıb.

Əsl həqiqət odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Akademik Ramiz Mehdiyevin "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" adlı əsərində gərgin, ziddiyyətli və təzadlı məqamlarla dolu həmin illər mərhələlərlə, xüsusi ardıcıllıqla elmi təhlil süzgəcindən keçirilərək belə xarakterizə edilir: "Azərbaycanın gələcək taleyi baxımından bu tarixi dövrün başlıca məzmunu milli dirçəliş fəlsəfəsinin gerçəkləşdirilməsindən ibarət olub. Onun fəlsəfəsi sırf ehkamlaşdırılmış əsərlərdə təsvir edilən hər hansı təlim olmaqdan və ya buna çevrilməkdən uzaqdır. Əslində bu fəlsəfə bizim hamımızın gözləri qarşısında yaradılıb".
Ulu öndər hələ keçmiş sovetlər dövründə türkdilli xalqların min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların qorunması üçün əlindən gələni əsirgəməyib. Ümummilli liderimiz Heydər Əliyev siyasi ab-havanın imkan verdiyi məqamlardan hər zaman milli kimlik və şüurun oyanışı üçün diplomatik tərzdə istifadə etməyi bacarıb. Ulu öndər Azərbaycanda ikinci dəfə dövlətə rəhbərlik etdiyi mərhələdə də türkdilli xalqlarla münasibətlərin genişləndirilməsinin vacibliyini böyük uzaqgörənliklə önə çəkmişdir. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə ulu öndərin xüsusilə də Türkiyə ilə ən müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində əldə etdiyi nəticələr bunu bir daha təsdiqləyir. Ümummilli lider Heydər Əliyev bu məsələlərlə ardıcıl məşğul olduğu mərhələdə türk dünyasının gələcəyi ilə bağlı sistemli konsepsiya müəyyənləşdirib. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunmasına xidmət etməsi kimi məqamları özündə birləşdirib. Ulu öndər bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, hakimiyyətə qayıdışından sonra Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri ən yüksək pilləyə yüksələrək, əbədi və dönməz xarakter alıb. Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" tezislərinin tam doğrulduğunu əminliklə söyləməyə əsas verir. Azərbaycan Türkiyə ilə yanaşı, eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik digər türkdilli xalqlarla münasibətlərini də tamamilə yeni müstəvidə qurmaq şansı əldə edib.

“Biz öz tarixi
köklərimizlə, milli-
mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik”


1996-cı ildə Türk dünyası yazıçılarının III qurultayında çıxışında ulu öndər bildirib ki, türkdilli xalqlar qədim, çoxəsrlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdiriblər: “Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə rastlaşıb. Ancaq xalqlarımızın dərin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmış və bugünkü günlərə gətirib çıxarıb. Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik”.
Ümummilli lider deyib ki, bizim tarixi köklərimiz xalqlarımızın öz iradəsi ilə bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir: “Qeyd etdim, - mənəvi dəyərlərimizin inkişafı tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə, keçilməz yollarla rastlaşıbsa da, dayanmayıb, inkişaf edib, qalxıbdır. Amma indi isə, türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim vəzifəmizdir, borcumuzdur. Bir də qeyd etmək istəyirəm ki, bu sahədə yazıçıların böyük xidməti, böyük rolu var və onların üzərinə bundan sonra da böyük vəzifələr düşür. Bizim xalqlarımız uzun illər cürbəcür dövlətlərin tərkibində olduqlarına görə bir çox hallarda dillərindən və milli dəyərlərindən lazımi qədər istifadə etməkdən məhrum olublar, yaxud da ki, onların bu imkanları məhdudlaşdırılıbdır. Ancaq bizim dilimizi, mədəniyyətimizi. milli dəyərlərimizi yaşadanlar həmişə, bütün mərhələlərdə yazıçılar olublar”.

Türkdilli xalqların dünya siyasətindəki yerini, təsir imkanlarını, nüfuzunu
təmin etməyə yönəlmiş tarixi missiya


Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir. Türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində hər zaman mətinliklə dayanmış ümummilli liderimiz Heydər Əliyevin davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti bu baxımdan xüsusilə diqqət çəkir. Cənab İlham Əliyev bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onları vahid məqsəd və ideyalar ətrafında birləşdirməyə çalışır. Dövlət başçısının qısa zamanda bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı türk dünyasının konsolidasiya və əməkdaşlıq mərkəzlərindən birinə çevirmək üçün əzmkar fəaliyyət göstərdiyinin əyani təsdiqidir.
Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2007-ci ilin mart ayında Bakıda keçirilən Azərbaycan və türk diaspor rəhbərlərinin I Forumu da, noyabr ayında yenə də Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı da, bu il martın 27-də Azərbaycan dövlətinin təşkilatçılığı ilə Berlində keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatları Kooradinasiya Şurasının iclası Prezident İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir. Prezidentimiz fəaliyyətinin bütün mərhələlərində türk dünyasının birliyinin möhkəmlənməsinə dəstək verib, türk xalqları arasında əməkdaşlığın inkişafı üçün çox mühüm addımlar atıb. Forumun keçirilməsi Prezident İlham Əliyevin dövlətlərimiz arasındakı strateji müttəfiqliyə daha bir töhfəsi idisə, türkdilli xalqlardan yüzlərlə qonağın qatıldığı qurultay Azərbaycanın türk dünyasında və eləcə də beynəlxalq aləmdə əhəmiyyətini artırmış oldu. Həmçinin bütün türk xalqlarını əhatə edən belə bir qurultayın ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilməsi ölkəmizin getdikçə türk dünyasının mərkəzinə çevrildiyini bir daha sübut etdi. Qurultayın yekunları təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün türk dövlətlərinin inteqrasiyası prosesinin fəal təşəbbüskarlarındandır. Bu tədbir Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq istəyini təsdiqlədi və bir daha sübut etdi ki, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizəsi, ideoloji məsələlərdə eyni mövqedən çıxış etməsi, şişirdilmiş erməni təbliğatına qarşı birgə mübarizəyə qoşulması Prezident İlham Əliyevin siyasətinin əsas hədəflərindəndir. Bu, bütövlükdə türkdilli xalqların dünya siyasətindəki yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş tarixi missiyadır.

Fuad HÜSEYNZADƏ


Yazı Zərdabi Mətbuat Mərkəzinin “Heydər Əliyev və türk dünyası” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info