Ukraynada əhalinin borcları artır
Tarix: 01.03.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Ukrayna hökuməti “Avropa standartları”nı əsas gətirərək ölkədə kommunal xərcləri artırmaqda davam edir. Bu haqda məlumat verən “RT” qeyd edir ki, Avropa ölkələrində mənzil və kommunal xidmətlərin qiyməti ucuzlaşıb. Amma nədənsə, bu, “Avropa standartları”nı əsas götürən Ukraynada özünü tərs şəkildə göstərir.
Qeyd edilir ki, Ukraynada kommunal xərclər Avropada olduğu halda, məvaciblər Afrika ölkələrində olduğu qədərdir. Məhz elə bunun nəticəsidir ki, artan kommunal xərcləri ödəmək iqtidarında olmayan sadə ukraynalının borcu “şişməkdə” davam edir. “RT” qeyd edir ki, ölkədə elektrik və qaz tariflərinin tezliklə daha 30 faiz artacağı gözlənilir. Belə ki, yeni elektrik qiymətləri martın 1-dən etibarən qüvvəyə minəcək. Bu , enerji qiymətləri ilə bağlı artıq üçüncü qiymət artımıdır. Əksər ukraynalılar hələ əvvəlki qiymətlərlə ödəniş etmək iqtidarında deyildi. Yeni qiymətlər vəziyyəti daha da ağırlaşdıracaq. Əhali tərəfindən edilməyən ödəniş ölkədəki bir çox şirkətləri problemlərlə üz-üzə qoyub. Hakimiyyətin subsidiyalar təşkil etmək tövsiyəsinə münasibət bildirən ekspertlər hesab edir ki, hazırkı subsidiya mexanizmi ölkənin dalana dirənməsi ilə nəticələnə bilər. Qiymət artımını “sovet sistemindən imtina” kimi qələmə verən Ukrayna hakimiyyəti ölkənin “bazar sisteminin Avropa nümunəsi”nə keçdiyini bildirir. Lakin unutmaq lazım deyil ki, Avropada Ukraynadakı kimi, əməkhaqqının üçdə biri kommunal xərclərə ödənilmir. “Vesti” qeyd edir ki, Ukrayna hakimiyyəti Avropada qiymətlərin yalnız artırılması təcrübəsini mənimsəməyə çalışır. Ukraynalı iqtisadçı Aleksandr Oxrimenko “Vesti”-yə danışarkən bildirib: “Ukraynada əks proses gedir-qiymətlər artmaqda davam edir. Ukrayna hakimiyyəti elə bilir ki, xalq haradansa bir kisə pul tapıb ödəniş edəcək. Xalqda isə pul yoxdur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info