Dini etiqad azadlığından sui-istifadə hallarına yol vermək olmaz
Tarix: 13.04.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycanda məscidlərlə bərabər kilsə və sinaqoqların bərpası, tikilməsi dünyaya məlum olan həqiqətdir”.
Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canpolad Musayev Şamaxıda Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş regional konfransdakı çıxışında bildirib: “Son zamanlar adını görkəmli ilahiyyatçı, din xadimi qoyan bir qrup şəxs özünü xaricdəki himayədarlarına göstərmək üçün təxribatlar törətməyə çalışır. Bu təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Belə halların dövlətçilik üçün təhlükəyə çevrilməsinə, dini etiqad azadlığından sui-istifadə hallarına yol vermək olmaz. Bu kimi hallara qarşı dini icmalar da öz mövqelərini ortaya qoymalıdırlar”. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə deyib ki, Azərbaycanda din sahəsində görülən işlərdə tolerantlığın qorunması sahəsində atılan addımlara görə din xadimləri adından Prezident İlham Əliyevə təşəkkür ünvanlanmalıdır. Onun təklifi konfrans iştirakçıları tərəfindən dəstəklənib. Elşad İskəndərov 2 gün ərzində keçiriləcək konfransda əsas məqsədin maarifləndirmə olduğunu söyləyib: “Şamaxıda 2 ay sonra dini icmalar üçün qısa dini kurslar açılacaq. Dini icmaların böyük sosial funksiyaları var. Ancaq təəssüflər olsun ki, bu gün rayonlarda başına beş-on nəfəri toplayıb, maddi marağını güdən, özünü güc mərkəzi kimi təqdim etməyə çalışanlar var. Bu səhv yoldur. Görürsən ki, dini radikalizmin ən yüksək inkişaf etdiyi yerlərdə ən çox narkomaniya yayılır. Din düzgün təbliğ olunsaydı, narkomaniya o halda geniş yayılmazdı”.O qeyd edib ki, Azərbaycanda zərərli dini ədəbiyyatlarla bağlı siyahı dəqiqləşdirilir və yaxın zamanlarda açıqlanacaq. Komitə sədri deyib ki, dini kitabların Azərbaycanda nəşr edilməsi daha yaxşı olar: “Zərərli sayılmayan ədəbiyyatlar satışa markalanmış şəkildə çıxarılacaq”. Dövlət Komitəsinin sədri dini icmaların rəhbərlərini açıq dialoqa dəvət edib. Millət vəkilləri Elton Məmmədov və İlham Məmmədov Heydər Əliyevin dini dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıb, bu gün dini sahədə maarifləndirmənin aparılmasını zəruri sayıblar.
İLKİN




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info