Qadınların qurultayına Səbaildən 18 nəfər nümayəndə seçilib
Tarix: 13.04.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon qadınlarının növbəti IV konfransı keçirilib.
Rayonun sənaye, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə, təsərrüfat, dövlət və bələdiyyə qurumlarında çalışan, ictimai birlik və təşkilatlarda fəaliyyət göstərən qadınların nümayəndələrinin iştirakı ilə keçirilən konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir: “Azərbaycanda qadına münasibət həmişə yüksək olub. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır. Azərbaycan qadını XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artıb. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə qadın siyasəti məsələlərinə daim diqqət yetirib. Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi onun adı ilə bağlıdır”. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə də qadın problemi mərkəzi yerlərdən birini tutur. Asif Əsgərov bildirib ki, bu gün Azərbaycan qadınları müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayırlar. Qadınlarımızın fəallığı günbəgün artır, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksəlir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın fəaliyyəti bütün qadınlarımız üçün örnəkdir və onun genişmiqyaslı və faydalı fəaliyyəti son dərəcədə təqdirəlayiqdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova qeyd edib ki, rayonda yaşayan əhalinin 51,2 %-ni qadınlar təşkil edir. İqtisadiyyatın müxtəlif sahələrində çalışanların 31,1 %-i qadınlardır. Rayonda müxtəlif sahələrdə çalışan qadınların 13,3 %-i təhsil, 8,1 %-i səhiyyə, 7,7 %-i mədəniyyət və incəsənət, 9,2 %-i rabitə, 11,5 %-i ticarət, 8 %-i dövlət idarəetməsində işləyirlər. 23 mindən çox üzvü olan YAP Səbail rayon təşkilatının 55,6 %-i qadınlardır.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova müstəqillik illərində qadınlarımızın cəmiyyətin bütün sahələrində qazandığı uğurlardan, dövlət rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən siyasətdən, Səbail rayon qadınlarının fəaliyyətindən danışıb, komitənin gördüyü işlər və qarşıda duran vəzifələri barədə məlumat verib.
Konfransda Respublika Qadınlarının qurultayına 18 nəfər nümayəndə seçilib.
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info