Biləsuvarda əhali pulsuz tibbi müayinədən keçirilib
Tarix: 01.03.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün ölkə ərazisində olduğu kimi, Biləsuvarın səhiyyə ocaqlarında da əhalinin profilaktik tibbi müayinəsinə başlanılıb və qısa müddətdə 15 min 892 nəfər pulsuz tibbi müayinədən keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonda əhalinin profilaktik tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır.
Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim briqadalarının apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasna şərait yaradır.
Müayinələr qrafik əsasında ilkin olaraq idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edir. Əhalinin aksiyaya fəal cəlb olunması üçün kənd və qəsəbələrdə maarifləndirmə işləri görülür.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Rövşən Pənayev AZƏRTAC-a müsahibəsində deyib: “Rayonda humanitar aksiya çərçivəsində 2 xəstəxana, 20 həkim və feldşer məntəqəsi tam hazırlıq vəziyyətinə gətirilib. 52 həkim və 50 orta tibb personalından ibarət 2 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsi üzrə 100 mindən çox sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. İndiyədək 15 min 892 nəfər müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 670 nəfər ambulator, 57 nəfər stasionar müalicəyə cəlb edilib. 25 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info