Azərbaycan şərabları Bolqarıstanda gümüş medala layiq görülüb
Tarix: 01.03.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Bolqarıstanda keçirilən “Winery 2017” şərab müsabiqəsində Azərbaycan istehsalı olan konyak və şərab nümunələri iştirak edib. Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə,  “Gəncə şərab 2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərab müsabiqənin qırmızı şərablar kateqoriyası üzrə gümüş medala və sertifikata layıq görülüb. 
Sözügedən müsabiqədə 360 çox spirtli içki brendləri təmsil olunub. Bunun da 300-dən çoxu şərab markalarının payına düşür. İçkilər 24 tanınmış dequstatordan ibarət jüri tərəfindən qiymətləndirilib. “Winery 2017” müsabiqəsində Bolqarıstan, Azərbaycan, Fransa, Moldova, Makedoniya, Cənubi Afrika, Rusiya və Türkiyə istehsalçıları daxil olmaqla, 50 şərab istehsalçısı iştirak edib.
“Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliği məqsədilə cari ilin 22-26 fevral tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş “Winery 2017” şərab müsabiqəsində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan istehsalı olan konyak və şərabların iştirakı təmin edilmişdir. 
Qeyd edək ki, “Winery 2017” şərab müsabiqəsi ənənəvi “Vinaria” Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində keçirilib. “Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliği məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyi Azərbaycan istehsalı olan konyak və şərab nümunələrinin həmin müsabiqədə iştirakını təmin edib. Bolqarıstan Milli Üzümçülük və Şərabçılıq Palatasının tərəfdaşlığı və Bolqarıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında keçirilən “Vinaria” sərgisi şərabçılıq sahəsində Cənub-Şərqi Avropanın ən nüfuzlu tədbirlərindən sayılır. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info