ADPU-da Con Silver treninq keçirib
Tarix: 01.03.2017 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Univesitetində (ADPU) Regional İngilis Dili üzrə məsul şəxs cənab Con Silver professor-müəllimlərlə “Dərsin planlaşdırılması” mövzusunda treninq keçirib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə məlumat verərək bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul şəxsi xanım Emi Petersonun təşəbbüsü ilə Con Silver fevral ayının 28-dən mart ayının 3-dək Bakıda səfərdə olacaq. Səfərin məqsədi Azərbaycanda tətbiq olunan müxtəlif ingilis dili proqramları ilə tanış olmaqdır. Qeyd edib ki, Con Silver Mərkəzi və Cənubi Amerikanın Regional Proqram üzrə məsul şəxsi kimi Vaşinqtonda iki il fəaliyyət göstərmişdir. O, eyni zamanda Ukraynanın İngilis dili üzrə baş əməkdaşı, Hindistan, Əfqanıstan, Rusiya və Azərbaycanda Soros Tədris əməkdaşı və Qazaxıstanda Sülh könüllüsü olmuşdur. Con Silver həm də Tədris Proqramında İncəsənətin beynəlxalq ustad təlimləri üzrə məktəbin məzunudur.
Sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin İngilis dili proqramları üzrə mütəxəssisi Zülfiyyə Şirinova çıxış edərək treninq iştirakçılarına uğurlar arzulayıb və sözü Con Silverə verib. Con Silver treninq iştirakçılarına slayd vasitəsilə kurikulum, fəal-interaktiv təlim metodları, diskussiya və təlimin digər müasir üsul və yolları əsasında dərsin planlaşdırılmasının və əlaqələndirilməsinin üstünlükləri barədə məlumat verib, həmçinin dialoq formasında keçirilən dərs zamanı tərəflərin bir-biri haqqında lazımi informasiyanı necə əldə etməsini əyani şəkildə nümayiş etdirib. Bunun üçün iştirakçılara suallar paylanılıb. Bu suallar dialoq və müzakirə, eyni zamanda iştirakçıların fəallığı şəraitində cavablandırılıb. Bütövlükdə treninq uğurla keçib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info