Metronun “Nizami“ stansiyası yeni görkəmdə istifadəyə veriləcək
Tarix: 01.03.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Bakı metropoliteni stansiyalarının, ayrı-ayrı keçid və vestibüllərinin təmiri, yenidənqurulması üzrə işlərin sürəti son 3 ildə daha da artaraq planlı şəkildə davam edir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metronun "Nizami" stansiyası bu il yeni görkəmdə istifadəyə veriləcək: "Ötən il "Nizami" stansiyasının yol divarları üzlüklərinin yenilənməsi ilə başlanan təmir işləri noyabr ayından etibarən orta zalda davam edir. Burada ilk növbədə platforma altındakı arakəsmələr sökülüb, platformanın möhkəmləndirilməsi üçün 36 riger qoyulub, kollektorun divarları hər iki tərəfdən möhkəmlənib. Arakəsmələrin sökülməsi stansiyaya yaxın 22 saylı ventilyasiya şaxtasından vurulan hava axınının səmərəli sirkulyasiyasını təmin edib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalanmanın əhəmiyyəti böyükdür".
N.Paşayevin sdözlərinə görə, bir müddətdir ki, təmir işləri aparılan stansiyanın orta zalı faner lövhələri ilə bir neçə yerdən əhatələnərək, işlərin getdiyi ərazilər sərnişin axınından təcrid edilib: "Hazırda sərnişinpaylama zalından platformalara keçid tağlarının köhnə mərmər üzlükləri sökülür. Onların altında, eləcə də Nizami Gəncəvinin "Xəmsə"si mövzusunda işlənmiş pannoların arxasında metal konstruksiyalar korroziyadan təmizlənir, lazımi yerlərdə bu konstruksiyalar yenisi ilə əvəzlənir, üzlük işləri üçün meydança yaradılır. Artıq mozaik pannolardan 8-nin arxasında bərpa işləri tamamlanıb və pannolardan 6-sı yerinə oturdulub".
Xatırladaq ki, dahi Azərbaycan mütəffəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiya 1976-cı ildə dekabrın 31-də istifadəyə verilib. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub, stansiyanın platformasının orta zalının dərinliyində Nizami Gəncəvinin portreti günəş şüaları fonunda mozaik pannoda əks olunub. Yan pilon divarlarını isə şairin əsərlərindən götürülmüş mövzular əsasında işlənmiş seçmə pannolar bəzəyir. 18 pannoda şairin ölməz "Xəmsə"sinin motivləri əsasında səhnələr yer alır. Təsvirlərin müəllifi xalq rəssamı, professor Mikayıl Abdullayevdir.
İstismarda olduğu müddətdə stansiyanın 19 pannosu üzərindəki təsvirlərin də bərpaya ehtiyacı yaranıb. Bu işlə təsvirlərin müəllifi Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olurlar. Rəssamlar bu işi yenidən yerinə oturdulan pannolar üzərində aparırlar. Belə ki, pannolar xüsusi qurğular vasitəsilə irəli çəkilir, arxa hissənin metal konstruksiyası bərpa olunur, tübinqlər korroziyadan xilas olunur və rənglənir. Sonradan yerinə qaytarılan pannolar üzərindəki təsvirlərin səthləri yenidən işlənir, qopmuş təsvirli daşlar bərpa olunur, həmçinin pannolar korroziyaya daha davamlı vəziyyətə gətirilir.
Hazırda 19 pannodan 6-sının üzərində bədii bərpa prosesi başa çatıb. Pannoların yerləşdiyi yenilənmiş tağların daha bir üstünlüyü, onların arxa hissəsinin havalandırılması üçün yaradılan imkandır. Bu isə bərkidici konstruksiyaları aqressiv mühitin təsirindən xeyli qoruyacaq. Həmçinin, "Nizami" stansiyasında 18 pilondan 4-ü mərmər işlərinin başlanması üçün hazırdır. Digər 6 pilon sökülüb, betonlanma üçün karkaslar qurulub və betonlama işləri gedir.
Qeyd edək ki, «Nizami» stansiyası şəhərin geoloji cəhətdən mürəkkəb rayonunda yerləşir.
Fəaliyyətdə olduğu 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruktiv və dekorativ-memarlıq elementləri, stansiya avadanlığı tamamilə yararsız vəziyyətə düşmüşdü. Stansiyasının orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri isə başa çatıb. Burada tavan əvvəlkindən bir qədər fərqli şəkil alacaq. «Xətai» stansiyasının orta zalında olduğu kimi, "Nizami" stansiyasında da Durlum GmbH şirkəti tərəfindən stansiyanın memarlıq xüsusiyyətlərinə xələl gətirmədən korroziyaya davamlı özəl metal asma tavan quraşdırılacaq. Stansiyanın hər iki yol platformasında ərazi məhdudluğunun yaranması ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirləri gücləndirilib. İşlərin həcminin böyüklüyünə, əhatəliyinə baxmayaraq, "Nizami" stansiyası işini dayandırmayıb, sərnişinlərə lazımi xidmət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info