“Kapital Bank” Amerika Banklar Assosiasiyasına üzv seçilib
Tarix: 01.03.2017 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“Kapital Bank” beynəlxalq əməkdaşlıq çərçivəsində Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. Bankdan verilən xəbərə görə, MDB ölkələri arasında “Kapital Bank” və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.
 
Bu münasibətlə “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) prezidenti Tod Barvel ilə görüşüb. Görüş zamanı bankçılıq sahəsində olan bir sıra mühüm məsələlər müzakirə olunub.
 
“Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Amerika iqtisadiyyatı və bankçılığı dünyanın ən inkişaf etmiş sahəsi hesab olunur. Xüsusən də komplayens sahəsindəki Amerika təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. Kapital Bank olaraq Amerika Banklar Assosiasiyasına üzv olmaqla, xarici həmkarlarımızın təcrübəsini iş fəaliyyətimiz zamanı tətbiq edəcəyik”, - deyə F. Hüseynov bildirib.
 
Qeyd edək ki, “Kapital Bank” bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info