SOCAR-ın idarəsində texnologiya sahəsi üzrə tədris başa vurulub
Tarix: 01.03.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Ötən il oktyabrın 6-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və “SOCAR-Polymer” MMC şirkəti arasında bağlanmış kadr hazırlığı haqqında müqaviləyə əsasən yeni bir əməkdaşlığın əsası qoyulub və Sumqayıt Təlim Tədris Mərkəzində (STTM) 3 ixtisas üzrə 4 qrupda kurslar təşkil edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan texnologiya sahəsi üzrə aparatçı qrupunun dinləyiciləri artıq tədrisi başa vurub, təlim prosesində əldə etdikləri bilik və bacarıqların istehsalatda tətbiqinə başlayıblar. Bundan əlavə STTM-də hazırda nəzarət ölçü cihazları və avtomatika, texnologiya və energetika sahələri üzrə 3 qrupda “SOCAR-Polymer” əməkdaşlarının tədrisi davam etdirilir. Dinləyicilərə kurslarda ixtisas fənləri ilə yanaşı ünsiyyət səriştəliyinin və peşəkarlıqlarının artırılması məqsədilə 3 ay müddətinə texniki ingilis dili tədris olunub.
Bu günlərdə STTM-də bu qruplarda təhsil alan dinləyicilərin öz bilik və bacarıqlarını, o cümlədən, texniki ingilis dili sahəsində əldə etdikləri biliklərini nümayiş etdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə TTSİ-nin rəisi Fuad Süleymanov, “SOCAR-Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov, “Paşa Holdinq”, “Gilan Holdinq”, “Azərsun Holdinq”in və “Polymer Construction” nümayəndələri iştirak ediblər. Tələbələrin təqdimatından sonra qonaqlar tədrisin keyfiyyətindən razılıqlarını bildirib, STTM kollektivinə və mərkəzdə təhsil alan “SOCAR-Polymer” MMC əməkdaşlarına müvəffəqiyyətlər arzulayıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23.05.2019
Azərbaycan neftinin bir barreli 74,2 dollara satılır
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info