Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib
Tarix: 01.03.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
 
Nazirlikdən verilən məlumata görə, 2016-cı hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini cari ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
 
“Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən  vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Eyni zamanda vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur”, - deyə məlumatda vurğulanıb.
 
Nazirlik bəyan edib ki, 2016-cı ilin yekununa görə hüquqi şəxslər mənfəət və əmlak vergisi üzrə, fiziki şəxslər isə gəlir vergisi üzrə bəyannamələrini 31 mart 2017-ci il tarixindən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək dövlət büdcəsinə ödəməlidirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info