Bu il istehsalatda 30 bədbəxt hadisə nəticəsində 10 nəfər ölüb
Tarix: 01.03.2017 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-fevral ayları ərzində istehsalatla əlaqəli 30 bədbəxt hadisənin (o cümlədən qrup halında baş vermiş 1 istehsalatla əlaqəli bədbəxt hadisənin) qeydiyyatı aparılıb.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və s. sektorlarında baş verdiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işlərinin aparılmasını təmin edib.
“Qeyd olunan hadisələrin təhqiqatı zamanı həmin iş yerlərində əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarının, işçilərin həyat və sağlamlığının qorunması üçün önləyici tədbirlərin lazımi səviyyədə təşkil olunmadığı, bir sıra hallarda işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmadığı faktları aşkar olunub. Aparılmış təhqiqat işlərinin nəticələri əsasında qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsi təmin edilib.
 
Son illərdə xidmətin fəaliyyətinin mühüm bir istiqaməti də iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının tətbiqi ilə bağlı işəgötürənlər arasında təbliğat-maarifləndirmə tədbirlərinin təşkilinə, onların müvafiq mövzuda məlumatlılıq səviyyələrinin artırılmasına yönəlib”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, ötən ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidməti işəgötürənlərin istifadəsinə verilib. Bu e-xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi prosesinin elektron qaydada həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə, istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə şərait yaradıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info