Naftalandakı daha bir möcüzə ilə tanış olaq
Tarix: 01.03.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Hər il dünyanın müxtəlif ölkələrindən Naftalana üz tutan minlərlə turist üçün buranın yalnız balneoloji neft vannaları deyil, həm də şəhərin havası əsl şəfa mənbəyidir. Naftalanın iqlimi ağ ciyər və tənəffüs yolları xəstəlikləri olan, eləcə də oynaqlarında problem yaşayan insanlar üçün çox əlverişlidir.
Naftalana daxil olan kimi qonaqlar yol boyunca cərgə-cərgə düzülən şam ağaclarını görür. Eyni mənzərə Naftalanın mərkəzində, parklarda, xiyabanlarda da hər kəsi bu şəhərin iynəyarpaqlılarının gözəlliyinə məftun edir.
Mütəxəssislər bildirirlər ki, şəhərin hər tərəfində əkilən və mühafizə olunan Eldar şamı ağacları landşaftın zənginliyinə xidmət etməklə yanaşı, həm də burada xüsusi mikroiqlim zonası yaradaraq, tənəffüs yollarında bronxit, astma kimi xəstəlikləri olan insanlara şəfa verir. Yalnız Azərbaycan təbiətinə xas olan Eldar şamı ağaclarının təbiətə yaydığı oksigen Naftalanın quru iqlimi ilə birləşərək bu yerlərdə müalicəvi mühit yaradır və ağ ciyərlərində, tənəffüs yollarında, eləcə də sümüklərində və oynaqlarında xəstəliyi olan insanlara müsbət təsir göstərir.
Möcüzəvi Naftalan nefti ilə yanaşı, həm də şəhər üçün bir o qədər əhəmiyyətə malik Eldar şamı ağaclarının sayəsində bir çox xəstənin sağlamlığına qovuşacağına əmin olan naftalanlılar şəhərin ekologiyasına da xüsusi qayğı ilə yanaşırlar. Belə ki, əhali yaşlı Eldar şamlarını qorumaqla bərabər, özləri də şəhər rəhbərliyinin köməkliyi ilə yol kənarlarında, yaşayış massivlərinin ətrafında, parklarda, xiyabanlarda şam fidanları əkir, yeni-yeni yaşıllıq zonaları salırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info