Əcnəbi işçi qüvvəsi ilə bağlı əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilir
Tarix: 01.03.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, xarici işlər, təhsil, iqtisadiyyat nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi metodologiyasının təkmilləşdirilməsi məsələlərinə dair fokus qrup görüşü keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, hazırda daxili əmək bazarının dünyada baş verən iqtisadi böhranın mənfi təsirlərindən effektiv qorunması diqqətdə saxlanan məsələlərdəndir. Bunun üçün əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi və əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işləri aparılır.
Qeyd olunub ki, hələ 2009-cu ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə «Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası» təsdiq edilib. Həmin ildən başlayaraq hər növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək bazarı və demoqrafik inkişaf, mövcud əmək ehtiyatları potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə proqnozlar və s. ilə bağlı təqdim etdiyi məlumatlara uyğun olaraq, əmək miqrasiyası kvotası təsdiq edilir. Əcnəbilərə iş icazələrinin verilməsi də həmin kvotaya uyğun həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə iş icazəsi üçün rəy verilməsi zamanı da iş yerlərində ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğunun təmin olunması prinsipi diqqətdə saxlanılır. İxtisas və peşə bacarıqları baxımından yerli işçi qüvvəsi kifayət etməyən sahələr üzrə ixtisaslı əcnəbi işçi qüvvəsinə iş icazələrinin verilməsi üçün müsbət rəy verilir.
Qeyd olunub ki, hazırkı dövrdə əmək miqrasiyası kvotasının müəyyən edilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac vardır. Xüsusi ilə kvota üzrə təkliflərin hazırlanmasında əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın dəqiq müəyyən edilməsi, iqtisadi inkişaf tendensiyalarının nəzərə alınması və kvotanın Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Yol Xəritələrinin məqsədlərinə uyğunluğunun təmin edilməsi vacibdir. Bu məqsədlə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə yeni metodologiyanın hazırlanması zəruridir.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək miqrasiyası məsələləri ilə bağlı bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İSMPD) ilə fəal əməkdaşlıq həyata keçirir. Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin milli iqtisadiyyatın inkişaf prinsipləri və dünyada mövcud olan uğurlu təcrübələr nəzərə alınmaqla təkmilləşdirilməsi və əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə yeni metodologiyanın hazırlanması üçün İSMPD-lə əməkdaşlıqda müvafiq layihə çərçivəsində “Azərbaycanda əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat”ın həyata keçirilməsinə başlanılıb. Tədqiqatın həyata keçirilməsi üçün xarici və yerli ekspertlər müəyyən edilib.
Azərbaycanda əmək bazarı və əmək miqrasiyası kvotasına dair ötən illər üzrə informasiya və statistik məlumatlar təqdim olunub. Sonra beynəlxalq ekspert, Maastrixt Unversitetinin professoru Melissa Siegel əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi sahəsində dünya təcrübəsi barədə məlumat verib.
Tədbirdə Azərbaycanda əmək miqrasiyası kvotasının tətbiqi mexanizmi təkmilləşdirilməsi, əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə metodologiyanın hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info