Alimlərimiz beynəlxalq konfransda iştirak ediblər
Tarix: 01.03.2017 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev və İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev Birləşmiş Ərəb Əmirliklərində elmi ezamiyyətdə olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alimlər Şarjah şəhərində keçirilən "Nəzəri və tətbiqi fizikanın ön cəbhəsi" mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Beynəlxalq tədbirdə akademik H.Quliyev "Yerin bərk nüvəsi haqqında yenilik" və "Aləmin əbədi dövranı paradiqması" mövzusunda məruzələrlə çıxış edib.
Səfər çərçivəsində alimlərimiz Almaniyanın Milli Metrologiya İnstitutunun prezidenti Yoahim Ulrix, Amerikanın Nyu Meksiko Dövlət Universitetinin professoru Heinz Nakotte, Şarjah Amerika Universitetinin Fizika fakültəsinin dekanı Ali Alnaser, Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Elektron İnstitutunun professoru Viktor Tarasenko, Beyrut Ərəb Universitetinin dosenti Hanan Talal Rahal və digər görkəmli alimlərlə görüşlər keçiriblər. Görüşlərdə müasir metrologiya sahəsində fiziki ölçmə vahidlərinin dəqiqləşdirilməsi və sənayenin müxtəlif sahələrində alınmış müsbət yeniliklərin iqtisadiyyatın müasir problemlərinin həllində istifadəsi kimi məsələlər müzakirə olunub.
Konfransda dünyanın 40-a yaxın ölkəsindən 500-dən çox alim və mütəxəssis iştirak edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info