Kuba televiziyası Azərbaycan haqqında sənədli film hazırlayır
Tarix: 01.03.2017 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər çərçivəsində Kubanın Havana televiziya kanalı “Odlar Yurdu Azərbaycan” sənədli filminin çəkilişlərinə başlamaq niyyətində olduğunu bildirib.
Havana kanalının “Mədəniyyət xəbərləri” buraxılışında efirə getmiş reportajda bildirilib ki, Azərbaycan mədəniyyəti ilə bağlı çəkiləcək 10 hissəli sənədli filmin birinci hissəsi xalqımızın əziz bayramı olan Novruz bayramına, milli mətbəximizə, qədim adət-ənənələrimizə həsr ediləcək. Məlumatda xalqımızın Novruz bayramı ilə bağlı adətlərindən, bayram çərşənbələrinin rəmzi mənalarından bəhs edilib.
Reportajda Novruz bayramının beynəlxalq əhəmiyyətindən danışılaraq diqqətə çatdırılıb ki, BMT Baş Məclisinin qərarı ilə 2010-cu ildə Beynəlxalq Novruz Günü təsis olunub. Bu bayram 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Layihə çərçivəsində martın 21-dək hər çərşənbə axşamı növbəti bayram çərşənbələrinin adətləri haqda izləyicilərə məlumatlar veriləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info