BANM-in tələbələri teatr səhnəsində
Tarix: 01.03.2017 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ilk dəfə olaraq Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” iki hissəli tamaşa nümayiş olunub. Tamaşaya SOCAR-ın və BANM-in rəhbərliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rəhbərliyi və bir sıra universitetlərin nümayəndələri, eləcə də BANM-in professor-müəllim heyəti və ali məktəbdə təhsil alan tələbələr dəvət olunublar.
Tədbiri çıxış sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, onun başçılıq etdiyi təhsil ocağında dəqiq elmlərlə yanaşı, incəsənətə və yaradıcılığa da eyni dərəcədə maraq göstərirlər. Ali məktəbin rəhbərliyi və müəllimləri Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də əsl şəxsiyyətlər və vətəndaşlar yetişdirməyə çalışırlar. “Bizim tələbələrimiz hərtərəfli savadlıdırlar, onlar həm incəsənətlə, mədəniyyətlə, həm də ki yaradıcılıqla maraqlanırlar. Bugünkü tamaşanı buna misal kimi göstərmək olar” - deyə E.Qasımov bildirib.
Uzun illər Azərbaycan səhnəsində oynanılan dahi Mirzə Fətəli Axundzadənin ölməz komediyası ali məktəbin tələbələrinin təqdimatında tamaşaçılarda maraq doğurdu və alqışlarla qarşılandı. Yaradıcı heyət tərəfindən böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifa olunan tamaşa izləyicilərə böyük təsir bağışlayıb. Qeyd edək ki, tələbələrin iştirakı ilə tamaşanı səhnələşdirmək ideyası BANM-in rektoru Elmar Qasımova məxsusdur.
Tamaşanın quruluşçu rejissoru BANM-in müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, bədii rəhbəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Baş rolları BANM-in tələbələri Asiman Səidzadə (Müsyo Jordan), Emin Balaşov (Hatəmxan ağa), Sevinc Qafarlı (Şərəfnisə xanım), Əfsanə Zeynallı (Şəhrəbanu xanım), Nicat Həsənov (Şahbaz bəy), Simuzər Babazadə (Gülçöhrə), Zərifə Orucova (Xanpəri), Niyaz Əhmədzadə (Dərviş Məstəli şah), Yaşar Mustafayev (Qulaməli), Fərhad Qədimov və Leyla Rzayeva ifa ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info