300-dən çox İsveç vətəndaşı “İŞİD”ə qoşulub
Tarix: 01.03.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Son bir neçə ildə İsveç Krallığının azı 300 təbəəsi “İŞİD” terror təşkilatının silahlılarına qoşulmaq üçün Suriya və İraqa yola düşüb. Daha sonra onların yarısından çoxu vətənə qayıdıb. İsveç KİV-lərinin yaydığı məlumata görə, bunu Krallığın Təhlükəsizlik Polisinin (SÄPO) baş direktoru Anders Turnberq jurnalistlər üçün xüsusi brifinqdə bəyan edib. Baş direktor qeyd edib ki, “İslam dövləti”nə köçmək istəyənlərin sayının getdikcə azalmasına baxmayaraq, onlara rəğbət bəsləyən adamların sayı artır. Gizli maliyyə köçürmələri şəbəkəsinin fəaliyyət göstərməsindən danışan A.Turnberq bildirib ki, bir çox İsveç vətəndaşları həmin şəbəkələr vasitəsilə terrorçulara sponsorluq edirlər. SÄPO-nun başçısı onu da bildirib ki, İsveçdə yerli gənclərin “İŞİD” sıralarına cəlb olunması üzrə şəbəkə fəaliyyət göstərir. Təhlükəsizlik Polisinin baş direktorunun fikrincə, bütün bunlar ölkədə islam ekstremizminin zəifləməsindən danışmağın düzgün olmadığını göstərir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info